Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:03

İsa Qəmbər Azərbaycanın ilk qeyri-kommunist lideri olması ilə fəxr edir


Müsavat başqanı İsa Gəmbər, 16 may 2006
Müsavat başqanı İsa Gəmbər, 16 may 2006

Haqqında söhbət edəcəyimiz adamı Azərbaycan ictimai fikrinə xalq hərəkatı gətirib. Ötən əsrin sonuncu on illiyindən başlayaraq adı ölkənin siyasi hadisələrindən kənarda qalmayan bu siyasətçini cəmiyyət sözsüz ki, uzun müddət xatırlayaq. Ən azı ona görə ki, müasir Azərbaycan tarixinin yaranmasında onun da payı var. Bu cür adamların adlarının salınmayacağı tarix kitabları əlbəttə ki səmimi görünməyəcək. O, Azərbaycanın ilk qeyri kommunist lideri olması ilə fəxr edir. Nə vaxtsa memuar yazacağını da istisna etmir. Beləliklə, «Tanınmışlar»ın bu dəfəki qonağı ölkənin ən böyük partiyalarından biri, Azərbaycan Xalq Cümhuriyyətinin memarlarından olan Müsavat Partiyasının lideri İsa Qəmbərdir.


İsa Qəmbər hazırda təkrar parlament seçkilərindən sonrakı dövrü «kifayət qədər mürəkkəb dövr» kimi qiymətləndirir.


Partiyasının seçkilərdən sonra parlamentin işinə qatılmaqla bağlı qərarını düzgün hesab edir. Buna görə «Müsavat» ünvanına müəyyən iradların səslənməsini isə normal qəbul edir. Deyir ki, «belə təpiklərə alışmışıq».


«Partiyanızın maddi vəziyyət necədir» sualını isə çox çətin sual adlandırır. Maddi vəziyyətin çətinliyini isə bir çox amillərlə əlaqələndirir. Ən başlıcasını isə hakimiyyətin «Müsavat»ın əksər üzvlərini işsiz qoymasında görür.


Siyasətə gəlişinə toxunan İsa Qəmbər bunu həmin dövrdə cərəyan edən proseslərlə əlaqələndirir. «1980-ci illərin sonunda həyat özü bizi siyasətə gətirib və siyasətlə məşğul olmağa sövq etdirdi». Siyasətdən nə vaxtsa çəkilməyi də normal hesab edir. «Arzu edirəm ki, Azərbaycan demokratik inkişaf magistralına çıxsın, ondan sonra siyasətdən çəkilmək problem deyil».


Siyasətdən gedən sonra elmi işlə məşğul olmağı, memuar yazmağı planlaşdırır.


«Fəxr edirəm ki, Azərbaycanın ilk qeyri-kommunist lideri olmuşam. 1992-ci ilin mayan 18-də məni parlamentə sədr seçildim və prezident vəzifəsini icra etməyə başladım. Azərbaycanın müstəqilliyinin qazanılmasında iştirakıma görə də fəxr edirəm. İstərdim ki, Azərbaycanın demokratik olması ilə də fəxr edim». Bu illər ərzində çox uğurlar qazansa da itkiləri, məhrumiyyətləri də az olmayıb. Ən ağır itki isə yaxın dostu və silahdaşı Əbülfəz Elçibəyin ölümü olub.


İsa Qəmbər ailəsindən razıdır. «Ailəmə kifayət qədər diqqət yetirməyə çalışıram. Çalışıram ki, siyasi problemlərin ağırlığını evə daşımayım, ailə üzvlərimi o problemlərə şərik eləməyim».


Bəzi qəzetlərdə tez-tez tənqid olunmasına baxmayaraq rəngarəng medianın tərəfdarı olduğunu deyir.


DİNLƏYİN!


XS
SM
MD
LG