Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:16

«Şərq»: «Partiyaların siyasi varis problemi»


"Üç nöqtə" qəzetindəki "Xəzərin çirklənmə səviyyəsi artıb" başlıqlı məqalədə bildirilir ki, təkcə Bakı buxtasında 60 milyon kubmetrdən artıq çirklənmiş maddələr toplanıb. Acınacaqlısı da odur ki, tibbi tullantılar da birbaşa Balaxanıda məişət tullantıları üçün ayrılan açıq əraziyə atılır. Hətta Yoluxucu Xəstəliklər Dispanserinin suyu da birbaşa dənizə axıdılır. Dispanserin kanalizasiya sularının əlavə dezinfeksiya edilməsi Səhiyyə Nazirliyinin səlahiyyətindədir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə deyir ki, bu problemlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olmalıdır.


"Gün Səhər" qəzetindəki "Rektorlar nazirə qarşı birləşir" başlıqlı məqalədə müəllif yazır ki, özəl universitetlərin rəhbərləri hüquq, beynəlxalq hüquq, tibb və tibbi biologiya fakültələrinə tələbə qəbulunun dayandırılması ilə razılaşmaq istəmirlər. Onlar hesab edirlər ki, tələbə qəbulunun dayandırılmasına səbəb kadr hazırlığı üçün maddi-texniki bazanın olmaması göstərilirsə, deməli, nazirlik özü həmin fakültələrin açılmasına razılıq verərkən qanunu pozub. Hətta özəl universitetlərdən bir neçəsinin rəhbərləri birgə məsləhətləşmələr apararaq, təsisçilik hüquqlarını pozduğuna görə nazirliyi məhkəməyə verməyə hazırlaşır.


"Şərq" qəzetindəki "Par­ti­ya­la­rın si­ya­si va­ris prob­le­mi" başlıqlı məqalədə bildirilir ki, bu gün Azər­bay­can­da si­ya­si par­ti­ya­la­rın ya­ra­dıl­ma­sı sırf ideo­lo­ji mə­qam­la­ra yox, da­ha çox şəx­siy­yət, fərd mə­qam­la­rı­na söy­kə­nir. Məhz be­lə ol­du­ğu­na gö­rə də bir müd­dət­dən son­ra si­ya­si par­ti­ya­lar­da li­der böh­ra­nı mey­da­na çı­xır. Hal­bu­ki par­ti­ya­laş­ma­nın mən­bə­yi əsa­sən ideo­lo­gi­ya ol­duq­da, li­der­lə­rin əvəz­lən­mə­si pro­se­si çox ra­hat hə­ya­ta ke­çir, təş­ki­la­tın tə­nəz­zü­lə uğra­ma, zə­if­lə­mə qor­xu­su­na lü­zum da qal­mır. Müəllifin fikrincə, bu prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sı üçün Azər­bay­can­da si­ya­si par­ti­ya­la­rın for­ma­laş­ma prin­sip­lə­ri ye­ni­ləş­mə­yə məh­kum­dur. Yə­ni li­der fak­to­ru öz ye­ri­ni ideologi­ya mə­sə­lə­si­nə ver­mə­li­dir.


XS
SM
MD
LG