Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:15

«525-ci qəzet»: «Fransada «erməni soyqırımı»na dair iddialar»ın inkar edilməsi hüquqi məsuliyyət doğuracaq»


«525-ci qəzet» xəbər verir ki, dünən Fransa parlamentinin aşağı palatasında «erməni soyqırımı»na dair iddiaların inkar edilməsinə görə, cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin müzakirəsi keçirilib. Qanunun qəbul ediləcəyi təqdirdə, Fransada hər hansı yerli və ya xarici vətəndaşın «erməni soyqırımı»na dair iddiaları» inkar etməsi hüquqi məsuliyyət doğuracaq. Özü də layihə bununla bağlı ciddi cəza növləri - 1 ilədək həbs, yaxud 45 min avro cərimə nəzərdə tutur. Lakin parlamentdə müzakirələr qısa sürüb və layihə səsverməyə qoyulmadan müzakirədən çıxarılıb. Qeyd olunub ki, parlament yay tətilinə çıxmağa hazırlaşdığından geniş müzakirəsi tələb olunan bir sıra qanun layihələri payız sessiyasınadək təxirə salınır. Layihənin bu ilin noyabrından tez parlamentin müzakirəsinə qayıtması real deyil.


«Ayna» qəzeti xəbər verir ki, dünən NATO Birləşmiş Hava Komponentləri komandanı, general Tom Hobbins Azərbaycana səfərə gəlib. ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfərin gedişində ölkənin Müdafiə Nazirliyində görüş və müzakirələr keçiriləcək. Müzakirə olunan məsələlər sırasına həmçinin Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığa dair fəaliyyət planı daxildir. Fəaliyyət planı eyni zamanda, Azərbaycanın hərbi aerodromlarının təkmilləşdirilərək NATO standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. İndiki məqamda ekspertlər amerikalı generalın Azərbaycana səfərini təsadüfi hesab etmirlər. Ekspertlərin fikrincə, qonaqlar Azərbaycanda olduqları müddətdə ölkənin Hərbi Hava Qüvvələrinin mövcud durumu ilə maraqlanacaq, onlara məxsus olan hərbi obyektlərə baş çəkəcəklər.


«Azadlıq» qəzetində bildirilir ki, Ramanı kənd sakinlərinin ittihamları səngimir. Əhali qəsəbənin sovxoz adlanan hissəsində yolun bərbad halda olmasından şikayətlənir. Kənd əhalisi bu problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə etdikləri müraciətin cavabsız qaldığını deyir. Bu dəfə isə sakinlər qəzet vasitəsilə üzünü ölkə başçısına tutub kömək istəyir.


XS
SM
MD
LG