Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:06

«Azadlıq»: «Təkrar saxtakarlıq baş tutdu»


Bazar günü nəşr olunan Azərbaycan qəzetlərinin ana mövzusu mayın 13-də Milli Məclisə 10 dairədə keçirilən təkrar seçkilər olub. «Yeni Müsavat» qəzeti - «Təkrar saxtakarlıq» adlı yazıda iddia eləyir ki, hakimiyyət seçkini yenə istədiyi kimi keçirməklə beynəlxalq təçkilatlara meydan oxuyub. Bundan başqa «Yeni Müsavat» qəzetində «Hacı Məmmədovu aldadıblar» başlığı altında MTN-in keçirdiyi «Qara kəmər» əməliyyatının pərdə arxası olayları haqda da fikirlər yer alıb.


Şənbə günü «Azadlıq» qəzetinin ana yazısı «Təkrar saxtakarlıq baş tutdu» adlanır. Qəzet iddia edir ki, seçkilər 6 noyabrda olduğu kimi – eyni üsullarla saxtalaşdırılıb. Bundan başqa sözügedən qəzetdə, Daxili İşlər Naziri Ramil Usubovunun yüksək vəzifəli qohumları və Abşeron rayon icra hakimi Zakir Fərəcov haqqında da yazılar yer alıb.


«Azərbaycan» qəzetində 14 may sayı təkrar seçkilərə həsr olunub. Qəzet «Milli Məclisə təkrar seçkilər də ədalətli və demokratik keçdi» adlı baş məqaləsində yazır: «seçki qanunvericiliyinin müddəalarına tam əməl edilmişdir”. Bundan başqa «Azərbaycan» qəzetində «exit-poll»arın nəticələrinin rəsmi nəticələrlə üst-üstə düşməsi, bəzi seçki məntəqələrində müxalifətdən olan namizədlərin qanun pozuntularına yol verməsi, beynəlxalq müşahidəçilərin bu seçkini “demokratiyanın təntənəsi” adlandırması haqda da yazılar yer alıb.


XS
SM
MD
LG