Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:32

«Yeni Müsavat»: «Azərbaycandan İraqa qanunsuz yanacaq daşınır»


«Yeni Azərbaycan» qəzetinin əməkdaşının yazdığına görə, ekspertlər hesab edirlər ki, İpoteka Fondu öz payına düşən gəlirlərdən ipoteka kreditinə tətbiq edilən faiz dərəcələrini aşağı sala bilər. Bankların payına düşən faiz dərəcəsinin aşağı salınmasına gəlincə isə, ekspertlər belə bir proqnoz verirlər ki, müəyyən zaman keçdikdən sonra bunun da mümkünlüyü istisna edilmir. Bazar şərtləri və rəqabət bunu diqtə edəcək. İpoteka Fondunun agent banklarının sayı isə artmaqdadır və bu sıraya yeni bankların da qoşulacağı gözlənilir. Onlardan biri olan Beynəlxalq Bankın Mətbuat Xidmətinin rəhbəri Rauf Ağayev bildirir ki, təmsil etdiyi bankın rəhbərliyi 12 faiz dərəcəsini maksimum azaltmağı, gələcəkdə 8-9 faiz həddinə endirməyi planlaşdırır.


Amerikanın Cənubi Qafqaza olan diqqəti daha da güclənib. Bu baxımdan hazırda Dağlıq Qarabağ münaqişəsi gündəliyə təcili tənzimlənməsi vacib olan məsələ kimi çıxır. Prezident Aparatı Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov «Xalq Cəbhəsi» qəzetinə verdiyi müsahibəsində belə deyib. Novruz Məmmədov belə hesab edir ki, Amerika Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini daha da gücləndirəcək. İran məsələsinə gəlincə, Novruz Məmmədova görə, problemin tənzimlənməsinin ən düzgün yolu diplomatik səylər vasitəsilə Tehranla dil tapıb ortaq məxrəcə gəlməkdir.


«Yeni Müsavat» qəzetindəki «Azərbaycandan İraqa qanunsuz yanacaq daşınır» başlıqlı məqalədə müəllif cənub sərhəd-keçid məntəqəsindəki mənbələrə istinadən iddia edir ki, Amerika ordusunun yanacaq təminatını həyata keçirən şirkətin sifarişiylə Azərbaycanın bir neçə yükdaşıma müəssisəsi İran və Türkiyə ərazisindən İraqa yanacaq daşıyır. Daşınan yanacağın həcminin böyük olması səbəbindən bu işə bir neçə şirkət cəlb olunub, ölkənin bir neçə məntəqəsində, o cümlədən, Astara ərazisində böyük terminal qurulub. Bildirilir ki, Azərbaycan neftini daşıyan maşınlar İraq ərazisinə daxil olduqdan sonra onların tənlükəsizliyini kürd yaraqlıları təmin edir. Neft İraqın şimalındakı yanacaq bazasına boşaldılır. Ekspertlər hesab edirlər ki, sözügedən şirkətlər Azərbaycandan qeyri-leqal yolla neft almaqda maraqlıdırlar. Çünki belə neft dünya qiymətlərindən aşağı satılır.


XS
SM
MD
LG