Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:21

«525-ci qəzet»: «İlham Əliyev ABŞ biznesmenlərini Azərbaycana sərmayə qoymağa çağırıb»


«Yeni Azərbaycan» qəzetində bildirilir ki, Azərbaycan hökuməti Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Mingəçevirdəki elektrik stansiyası və «Şimal» DRES-in yenidən qurulması layihələrinin maliyyələşdirilməsinə dair danışıqların yeni mərhələsinə başlamağa hazırlaşır. «Azərenerji»nin texniki istehsalat şöbəsinin rəhbəri Təyyar İbrahimovun sözlərinə görə, Avropa Bankının kreditlərini əldə etmək üçün «Azərenerji» yeni təkliflərlə çıxış etmək niyyətindədir. Təyyar İbrahimov Avropa Yenidənqurma və İnkişaf Bankının sözügedən layihəni kreditləşdirməkdə maraqlı olduğunu bildirib. Artıq hər iki tərəf kredit sazişinin imzalanmasına razıdır, bununla belə prinsipial qərarın qəbul edilməsi bankın yaxın müddətdə mövqeyini bildirməsindən sonra tam müəyyənləşəcək.


«525-ci qəzet» də Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində keçirdiyi görüşlər barədə ətraflı məlumat verilir. Bildirilir ki, aprelin 27-də Ame­ri­ka-Azər­bay­can Ti­ca­rət-Sə­na­ye Pa­la­ta­sı tə­rə­fin­dən təş­kil olun­muş konf­rans­da çı­xış edən prezident ABŞ biz­nes­men­lə­ri­ni Azərbaycana sər­ma­yə qoy­ma­ğa ça­ğı­rıb. Onun söz­lə­ri­nə gö­rə, Azər­bay­can­da sər­ma­yə qo­yul­ma­sı üçün əl­ve­riş­li mü­hit ya­ra­dı­lıb, iq­ti­sa­diy­yat­da sa­bit­lik və şəf­faf­lıq hökm sü­rür. İlham Əli­yev ha­zır­da qey­ri-neft sek­to­ru­nun maliyyələş­di­ril­mə­si üçün də ye­ni im­kan­lar açıl­dı­ğı­nı qeyd edib.


«Bakı xəbər» qəzetində isə bildirilir ki, Vaşinqton görüşlərində İlham Əliyev verdiyi açıqlamalarla Azərbaycanın son parlament seçkilərindən sonra Rusiya və İranla kifayət qədər yaxşılaşan münasibətlərinə sadiq qalacağını bildirib. Konkret olaraq Rusiyaya gəlincə, Azərbaycan dövlət başçısı deyib ki, ölkənin Moskva ilə münasibətləri xarici faktorlardan asılı olmayaraq, bundan sonra da inkişaf etdiriləcək. Bununla da ekspertlərin rəyincə, Azərbaycan dövlət başçısı regional rəqabətdə Vaşinqtonun istəyinə uyğun olaraq heç də ABŞ-ın mövqelərini müdafiə etmək fikrində olmadığını nümayiş etdirdi. İranla əlaqədar verdiyi açıqlamalarda da İlham Əliyev Vaşinqtondan daha çox Tehranın mənafelərinə cavab verən prizmadan çıxış etdi.


XS
SM
MD
LG