Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:46

«Xalq Cəbhəsi»: «Rusiya Azərbaycanla sərhəddə yeni münaqişə ocağı yaradır»


«Yeni Azərbaycan» qəzetinin əməkdaşı son günlər marşrut avtobuslarda qiymətlərin artırılmasının səbəblərini aydınlaşdırıb. Müəllifin yazdığına görə, bu artım nə hökumətə, nə də Tarif Şurasına aiddir. Marşrut avtobuslarının sürücüləri deyir ki, qiyməti marşrut sahibləri artırıb. Müəllif yazır ki, Bakı Şəhər Nəqliyyat Departamentinin adının çəkilməsini istəməyən əməkdaşı isə məsələyə münasibət bildirərkən «siz də 1000 manat yox, 500 manat verin» - cavabını verməklə kifayətlənib.



Rusiya Azərbaycanın anti-İran koalisiyasına qoşulmasının qarşısını almaq üçün hazırladığı yeni təxribatlar planını artıq həyata keçirməyə başlayıb. «Xalq Cəbhəsi» qəzetindəki «Rusiya Azərbaycanla sərhəddə yeni münaqişə ocağı yaradır» başlıqlı məqalədə belə deyilir. Məqalə müəllifi bildirir ki, Rusiyanın Dağıstan Respublikasının Azərbaycanla sərhəddə yerləşən Doquzpari rayonunda baş vermiş kütləvi iğtişaşlar təsadüfi hesab oluna bilməz. Rusiya mənbələrinin xəbərinə görə, iğtişaşlar rayon administrasiyasının rəhbəri Kərimxan Abbasovun istefasını tələb edən təxminən 700 sakinin mitinq təşkil etməyə çalışdığı anda baş verib. Nəticədə bir nəfər qətlə yetirilib, onlarla insan müxtəlif dərəcəli xəsarət alıb. Hazırda isə sözügedən rayon sakinləri arasında çaxnaşma yaranıb. Müəllifin yazdığına görə, ləzgilərin çoxluq təşkil etdiyi Doquzpari rayonunda azərbaycanlılar da yaşayır və yaranmış vəziyyətdə onları da təhlükə gözləyir.



Hətta 2008-ci ildə belə müxalifətin hər hansı bir siyasi yenilik edəcəyi gözlənilmir. Politoloq İlqar Məmmədov «Exo» qəzetinə müsahibəsində belə deyib. Politoloqun fikrincə, Azərbaycan müxalifəti iflas edib. Hazırda aparıcı partiyaların təşkil etdiyi siyasi blok da cəmiyyətə heç bir müsbət və perspektivli təklif vermək iqtidarında deyil. İlqar Məmmədova görə, hakimiyyətin əlində külli miqdarda sərvət var. Və bu ona bir çox problemləri həll etmək imkanı verir. Belə vəziyyətdə yeni qüvvələrin meydana gəlməsi çətinləşir. Digər tərəfdən, ölkədəki iqtisadi durum müsbətə doğru dəyişdikcə, müasir siyasi tələblərə cavab verən yeni təbəqə formalaşır. «Amma bu proses çox ləng gedir», – deyən politoloq 2008-ci il prezident seçkilərində də hazırkı hakimiyyətə qarşı dura biləcək qüvvələrin öz birliyini yarada biləcəyinə şübhə ilə yanaşır.


XS
SM
MD
LG