Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:03

«Yeni Müsavat»: «İran rəsmiləri ABŞ hücum edəcəyi təqdirdə BTC-yə zərbələri istisna etmirlər»


Azərbaycan prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfəri bugünkü qəzetlərin əsas mövzularından biridir. «525-ci qəzet»in müxbiri ekspertlərin və siyasi dairələrin bu səfərə münasibətini işıqlandırıb. Müəllif yazır ki, siyasi analitiklərin böyük əksəriyyəti bu dəvəti daha çox İranla bağlı problemlə əlaqələndirirlər. Onların fikrincə, səfər zamanı adıçəkilən məsələnin gündəmdə olacağı və əsas müzakirə mövzusuna çevriləcəyi şübhəsizdir. Çünki İ.Əliyevin ABŞ-a dəvəti ilk növbədə Vaşinqtonun antiiran koalisiyasına Azərbaycandan dəstək almasına hesablanıb. Amma bu fikirlə razılaşmayanlar da var. Bəzi politoloqların fikrincə, İ.Əliyevin ABŞ-a dəvət alması bu ölkənin Azərbaycana artan geosiyasi marağının təzahürüdür. Ancaq bütün ekspertlər istənilən halda səfər çərçivəsində həm İran, həm də Dağlıq Qarabağ probleminin müzakirə olunacağını bildirirlər.

«Yeni Müsavat» qəzeti xəbər verir ki, İlham Əliyevin Vaşinqtona səfəri ərəfəsində İranın Milli Təhlükəsizlik Şurası üzrə Ali Şurasının rəhbəri Əli Larincani sensasiyalı açıqlama ilə çıxış edib. Misirin ingilisdilli «Əl-Əhram» qəzetinə müsahibəsində Larincani deyib ki, ABŞ-ın kəşfiyyat qrupları Azərbaycan ərazisindən İrana qarşı istifadə edir. Larincani İranın Amerikanın hücumuna məruz qalarsa, Bakı-Tbilisi-Ceyhan (BTC) boru xəttinə və Xəzərdəki neft obyektlərinə raket zərbələri endirə biləcəyi haqda «Əl-Əhram» qəzetinin bir neçə gün əvvəl yazdıqlarına da münasibət bildirib. O, deyib ki, hadisələrin bu variantda inkişafı istisna deyil.


Amerika İran qarşıdurmasında Azərbaycan heç zaman İranın yanında olmayacaq. Politoloq Vəfa Quluzadə «Üç nöqtə» qəzetinə müsahibəsində belə deyib. Politoloqun fikrincə, Rusiya da axırıncı məqamda İrandan imtina edəcək. Çünki ABŞ dünyada super gücə malik olan dövlətdir və onun qarşısında heç bir dövlət dayana bilməz. Vəfa Quluzadə hesab edir ki, Azərbaycan ABŞ-la münasibətini yaxşı qurmalıdır. Amma bu o demək deyil ki, Azərbaycan İrana qoşun göndərməlidir. «Ola bilsin ki, Azərbaycanın ərazilərindən ABŞ istifadə etsin», - deyən politoloqun fikrincə, Amerikanınm buna o qədər də ehtiyacı yoxdur. Çünki digər ərazilər var ki, onlar ABŞ-ın əlindədir və bu ərazilər İranı əhatəyə alır.


XS
SM
MD
LG