Səs: Real audio
18 iranlı məhkum qonşu ölkəyə təhvil verilib, 1 məhkum Azərbaycana gətirilib Martın 3-də Astarada Azərbaycanla İran arasında məhkumlar dəyişdirilib. Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin şöbə rəisi Rafiq Ramazanov deyir ki, iki ölkə arasında hüquqi yardım haqqında qarşılıqlı müqaviləyə əsasən, 18 iranlı məhkum qonşu ölkəyə təhvil verilib. Qarşı tərəfdən isə Azərbaycana 1 məhkum gətirilib.
Cənab Ramazanov deyir ki, İrana təhvil verilənlər arasında hər cür cinayət törətmiş şəxslər var. Ancaq ümumiyyətlə, bu ölkədən olan məhkumların əksəriyyəti narkotiklər və sərhədi qanunsuz keçməyə görə cəza çəkənlərdir. Onun sözlərinə görə, Azərbaycan həbsxanalarında cəza çəkən İran vətəndaşları yenə də qalmaqdadır. Amma cənab Ramazanov onların sayı barədə məlumat vermədi. O bildirdi ki, məhbuslar xahişləri ilə ölkələrinə təhvil verilir. Heç kim məcburi qaydada verilmir.
Məhkumların mübadiləsi İrandan başqa Türkiyə, Rusiya və qarşılıqlı müqavilə olan digər ölkələrlə də həyata keçirilir.