Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 05:56

Xocalı qırğınının 14-cü ildönümü anılır<p align=`left`><br><br>


Səs: Real audio
Baş prokuror Zakir Qaralov deyir ki, faciə ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb Xocalıdan olan 52 ailə Bakı yaxınlığında 2 saylı pansionatda məskunlaşıb. Hər ilin bu günlərində bir yerə yığışıb, həmin gecə öldürülmüş, itkin düşmüş yaxınlarını xatırlayır, ruhlarına dualar oxuyurlar. Xocalı sakini Sahilə Həsənova həmin vaxt sağ qalmasını təsadüf sayır: «Gecə saat 3-4-də meşələrdəydik. Kim çıxardı, necə çıxardı, bilmirəm, bütün qohumlarım öldü. Hansını deyəsən, elə ailə oldu, bir nəfər üzvü sağ qaldı».



Fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş qırğınla bağlı Bakıda anım mərasimləri keçirilib. Mərasimdə prezident İlham Əliyev də iştirak edib.



Baş prokuror Zakir Qaralov deyir ki, Xocalı faciəsi ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb: «3000-dən artıq adam dindirilib, yüzlərlə ekspertizalar keçirilib. Nə vaxt imkan yaransa, bu sənədləri beynəlxalq məhkəməyə təqdim edəcəyik».



İstintaqın məlumatına görə, 1992-ci il fevralın 25-dən-26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Xocalını işğalı zamanı 613 nəfər dinc sakin qətlə yetirilib. Onların 106-sı qadın, 83-ü uşaq olub. Hadisə vaxtı itkin düşmüş 150 nəfərin taleyisə indiyədək məlum deyil.
XS
SM
MD
LG