Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:55

2005-ci il arxada qaldı


Səs: Real audio
Səfir BTC-nin açılışını ilin hadisəsi kimi qiymətləndirir Ötən il nə ilə yadda qaldı?



«Panorama»nın bu şənbə qonaqları Prezident Aparatı ictimai-siyasi şöbəsinin əməkdaşı İbrahim Məmmədov və politoloq Rasim Musabəyovdur.



Söhbətdə həmçinin «Gün səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu və «Yeni Azərbaycan» qəzetinin əməkdaşı Aqşin Şahinoğlu iştirak edir.



Bu dəfə «Panorama»da həm bütünlükdə ötən ilə nəzər yetirilir, həm də yeni – 2006-cı ildə ölkənin mövcud problemlərinin həlli perspektivi dəyərləndirilir.



Politoloq Rasim Musabəyov deyir ki, 2005-ci ildə sosial-iqtisadi sahədə müəyyən inkişaf olsa da, demokratikləşmə prosesində müsbət dəyişiklik baş vermədi. Əksinə, Azərbaycan əvvəllər "qismən azad" ölkə hesab edilirdisə , 2005-ci ildə bir qədər də geriləyərək "qeyri-azad" ölkələrin sırasına daxil edildi.



Rasim Musəbəyovun sözlərinə görə, başa çatan bu ildə Qarabağ münaqişəsinin həlli baxımından da elə bir müsbət dəyişiklik olmadı. Onun qənaətinə görə, əgər yeni ildə məhkəmə hüquq sistemində ciddi islahatlar aparılmasa, nə siyasi, nə də iqtisadi sahədə inkişaf baş verməyəcək.



Prezident Aparatının əməkdaşı İbrahim Məmmədov isə 2005-ci ili Azərbaycanın iqtisadi-siyasi həyatı üçün uğurlu sayır. Onun sözlərinə görə, 2005-ci ildə də Qarabağ münaqişəsi həll edilmədisə də, danışıqların gedişində müəyyən irəliləyişlər sezilməkdədir. İbrahim Məmmədovun qənaətinə görə, 2006-cı il daha çox iqtisadi inkişaf ili olacaq və daha çox qeyri-neft sektorunda irəliləyişlər baş verəcək.



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG