Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» İqtidar və müxalifət partiyalarının avqustun 5-ə nəzərdə tutulmüş növbəti görüş-dialoqunda Yeni Azərbaycan Partiyası iştirak etməyəcək. Bunu hakim partiyanın İcra Katibinin müavini Mübariz Qurbanlı deyir. Onun sözlərinə görə, görüş-dialoqun üçüncü raunduna Müsavat, AXCP və ADP qatılmadığından onlar da oxşar şəkildə davranacaqlar: «Üstəlik görüşün dördüncü raundunun Vətəndaş Həmrəyliyi Partiyasında keçirilməsi ilə bağlı razılığa gəlinib».
Avqustun 1-də ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş «Azadlıq» blokuna daxil olan partiyaların iyulun 29-da hakim qurumun qərargahında keçirilən görüşə qatılmamasından narahatlığını bildirib. Partiyaların xaricdən maliyyələşməsi mövzusunun müzakirə olunduğu həmin görüşdə müxalifyönlü Vətəndaş Həmrəyliyi və Milli İstiqlal partiyaları iştirak ediblər.