Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:19

«Yeni Siyasət» namizədlər siyahısını açıqladı


Səs: Real audio
«Azadlıq» bloku isə 108 dairədə vahid namizədini müəyyənləşdirib «Yeni Siyasət» seçki bloku iyulun 28-də namizədlər siyahısını açıqlayıb. Blok 78 dairə üzrə razılığa gəlib, qalan 46 dairə üzrə isə yaxın günlərdə razılaşma əldə olunacaq. Milli İstiqlal Partiyasının sədri Əli Əliyev deyir ki, indilik 10 dairəylə bağlı mübahisə var, 36 dairədən ilkin namizədlər veriləcək.



Demokrat, Xalq Cəbhəsi və Müsavat partiyalarının yaratdığı «Azadlıq» bloku isə 108 dairədə vahid namizədini müəyyənləşdirib. Blokdan verilən məlumatda 16 dairə ilə bağlı müzakirələrin yaxın günlərdə başa çatacağı deyilir.



Yeni Azərbaycan Partiyası isə namizədlər siyahısını açıqlamaq üçün partiya sədri İlham Əliyevin qərarını gözləyir. Partiyanın İcra Katibinin müavini Mübariz Qurbanlı deyir ki, siyahını yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına təqdim etməyə hazırlaşırlar: «Siyahıda indi deputat olanların da adları var». Cənab Qurbanlının sözlərinə görə, bütün dairələr üzrə namizəd verəcək YAP maksimum yer qazanmaq uğrunda mübarizə aparacaq.
XS
SM
MD
LG