Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 08:08

Debat: Azərbaycanda çimərlik mədəniyyəti


Səs: Real audio
Onun «Azadlıq» seçki blokunun liderləri ilə görüşü nəzərdə tutulur “14-24” debatçı qonaqları ilə yenidən efirdədir. Bu gün tələbələr –Lalə ŞükürovaElgün Əliyevin debatı çimərliklər barədədir. Gəlin, vaxt itirmədən onları dinləyək.



Lalə Şükürova: Mən düşünürəm ki, bu qədər çayı və dənizi olan ölkədə çimərlik mədəniyyəti yetərincədir.



Elgün Əliyev: Mən qarşı tərəfin fikri ilə razı deyiləm. Bakı şəhərinin Xəzər dənizinin sahilində yerləşməsinə baxmayaraq, Azərbaycanda çimərlik mədəniyyəti yüksək deyil. Bu gün dənizin suyu da çirklidir və bu da əhalinin çimərliyə getməsinin qarşısını alır. Çimərliklərdə digər qüsurlar da var. Özəl çimərlikləri çıxmaq şərti ilə əksər çimərliklərdə geyinmə-soyunma otağı yoxdur.



Lalə Şükürova: Çimərliyə gedən şəxs orada suyun çirkli olduğunu görüb başqa yerdə çimə bilər. Mən Sizin geyinmə-soyunma otağı ilə bağlı fikrinizlə də razı deyiləm. Bizim çimərliklərin demək olar ki, çoxunda bu cür otaqlar var.



Elgün Əliyev: Bu gün çimərliklərdə xilasedicilər də çox zəif işləyirlər. Suda boğulanların sayı çoxdur. Bəzi çimərliklərdə hətta qadağa zolaqları da yoxdur. Yəni, insanların təhlükəsizliyi təmin olunmur.



Lalə Şükürova: Əgər bizim çimərlik mədəniyyətimiz olmasaydı, çimərliklərin və oraya gedənlərin sayı günügündən artmazdı. Demək ki, tələbat var. Ən azı hər il özəl çimərliklərin sayının artması bunun bariz nümunəsidir.



Elgün Əliyev: Sonda bizi dinləyən hər kəsə çimərliklərdəki neqativ hallara baxmayaraq, bu yay mövsümündə yaxşı istirahət etməyi arzulayıram.
XS
SM
MD
LG