Səs: Real audio
Buna səbəb Gürcüstandakı Rusiya hərbi bazalarının Ermənistana köçürülməsidir İyunun 27-də Rusiya hökuməti Azov limanında saxlanan Azərbaycana məxsus gəmilərin Xəzər dənizinə daxil olmasına razılıq verib. Bunu «Azadlıq» radiosuna Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Vüqar Sadıqov dedi. Onun sözlərinə görə, hazırda müvafiq sənədləşdirmə işləri aparılır.
Cənab Sadıqovun sözlərinə görə, gəmilərin saxlanması nəticəsində idarəyə bir milyon ABŞ dollarına yaxın ziyan dəyib. Dəymiş ziyanla bağlı müəssisənin iddia ilə çıxış edəcəyi gözlənilmir.
«bp - Azərbaycan»ın media üzrə meneceri Tamam Bayatlı isə gəmilərin saxlanması ilə bağlı şirkətə ziyan dəymədiyini bildirir.
Azərbaycana məxsus «Maestro Niyazi», «Natəvan» və «Rəsul Rza» gəmiləri bu il aprelin sonu, mayın əvvəllərində Rusiya tərəfindən sənədlərin yoxlanması ilə bağlı saxlanıb. Gəmilər «bp - Azərbaycan»ın operator olduğu «Səngəçal» terminalı və «Azəri- Çıraq- Günəşli» layihələri üçün avandanlıq aparırmış.