Səs: Real audio
“Konqres İranda demokratiya üçün 3 milyon dollar ayırıb” «Barmek» Azərbaycan enerji paylama şirkəti bu ilin birinci rübündə 12 mindən artıq şikayətçinin ərizəsinə baxıb. Şikayətlərin 37 faizi həlini tapıb. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev elektrik enerjisini ödəməyən abunəçilərin işığının kəsiləcəyini də deyir. Onun sözlərinə görə, abunəçilərə aprelin 20-nə qədər vaxt verilib.
Barmek-Azərbaycan Bakının elektrik paylama şəbəkəsini 2002-ci ildə uzunmüddətli idarəetməyə götürüb.
Dəmir Yol İdarəsindən verilən məlumata görə, aprelin 18-də Moskvada Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasıyla bağlı Azərbaycan, Rusiya və İran dəmiryolu idarələri ekspertlərindən ibarət işçi qrupunun iclası olacaq. Bu haqda Dəmir Yol İdarəsi mətbuat xidmətinin rəhbəri Nadir Əzməmədov məlumat verdi.
Nadir Əzməmmədovun sözlərinə görə, bu ilin fevralında üç ölkə mütəxəssislərinin Bakıda keçirdiyi görüşdə imzalanan memorandumdakı məsələlərin həyata keçirilməsi, öhdəliklər müzakirə edilcək.
Bakıda əldə olunmuş razılığa görə, layihə çərçivəsində Azərbaycan ərazisində 8,3 km uzunluğunda dəmir yolu xətti, İran və Azərbaycan Astaraları arasında körpü tikiləcək.
İndi də valyuta məzənnələri haqqında. Milli Bankın məlumatınaa görə, 1 ABŞ dolları 4835 manat, bir Avro 6245 manat, 85 qəpikdir. Bir Rusiya rublu 174 manat 14 qəpiyə bərabərdir.