Keçid linkləri

Təcili xəbərlər
2023, 07 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:27

Ötən həftədən Türkiyədə təhsil almaq istəyən Azərbaycanın gəncləri üçün sənədlərin qəbulu başlayıb


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Ötən həftədən Türkiyədə təhsil almaq istəyən Azərbaycanın gəncləri üçün sənədlərin qəbulu başlayıb.11-ci sinifdə oxuyan və hələ 21 yaşına çatmayan gənclər aprelin 24-də test üsulu ilə imtahan verməklə Türkiyə Respublikasının ən nüfuzlu 13 universitetindən birində təhsilini davam etdirmək şansı qazana bilər. Təhsillə bağlı bütün xərcləri Türkiyə Respublikası öz üzərinə götürür. İmtahanda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, orta məktəbi bitirmək haqqında attestat və ya hazırda 11-ci sinifdə təhsil aldığınız haqqında arayış və iki ədəd 3x4 ölçülü fotoşəklinizdən ibarət sənədlərinizi Azərbaycan Texniki Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində yerləşən sənəd qəbulu komissiyasına təqdim edə bilərsiz. Sənədlərin qəbulu üçün son müddət aprelin 15-dir. Qəbul komissiyası həm də xəbərdarlıq edir ki, Türkiyəyə qəbul olunan abituriyentlər bu il Azərbaycanın ali məktəblərinə sənəd verə bilməyəcəklər. Türkiyəyə qəbul ola bilməyənlərsə, əlbəttə, yayda Azərbaycanın ali məktəblərinə də sənəd verə bilərlər.





Yeni ətirlər haqqında da xəbərimiz var. “Max Mara” firması ilk dəfədir ki, qadınlar üçün ətir istehsal edib. Sitrus çiçəklərinin ətrini verən “Max Mara”nı artıq şəhərimizin mağazalarından da almaq olar. Qreyfrut sevən qadınlarımız üçün isə “Moschino” firması qreyfrut iyli yeni “I love love” ətrini istehsal edib. “Escada” firmasının yeni istehsalı olan meyvə iyli “Rockin Rio” ətri isə xüsusilə gənclər üçün nəzərdə tutulub. Bu yaz kişilər də ətirlərində dəyişiklik edə bilərlər.

- Kişilər üçün də yeni ətirlər var. “Salvadore Ferragamo” firması kişilər üçün zərif iyli yeni “Uncanto” ətiri istehsal edib. “Guerlain” firmasının yeni istehsalı olan “Мгновение вечности” ətiri də yenidir.

Sabina mağazasının satıcısı Zeynəb Hüseynova
XS
SM
MD
LG