Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:36

Seyid Cəfər Pişəvərinin müavini ilə müsahibə


« Təbriz Ekspres » də bu dəfə Demokrat Firqəsinin 1 illik hökumətində baş nazirSeyid Cəfər Pişəvərinin müavini olan doktor Nüsrətullah Cahanşahlı ilə müsahibəni təqdim edirik. Bugünki söhbətdə doktor Cahanşahlı iki suala cavab verir. Əgər Pişəvəri hökuməti qalsaydı, indi vəziyyət necə olardı və doktor Cahanşahlı İran azərbaycanlılarının indiki vəziyyətini necə görür və qiymətləndirir?


Nüsrətullah Cahanşahlı: Hizbi Tudənin o vaxt Azərbaycanda təşkilatı vardı. Həm tudəçilər, həm də şimaldan gələn mühacirlər deyirdilər ki, əncumeni əyaləti və vilayəti ki, əsasən məşrutiyyətdən o günə qədər İranda icra olmamışdı, onu biz Azərbaycanda başlayaq və İranda icra edək. Amma sonra sözlərini dəyişdirdilər, məsələ başqa tərəfə çəkildi.


«Azadlıq»: Amma həqiqətən xalqın əvvəldən hədəfi bu əncümənlər idi?



Nüsrətullah Cahanşahlı: Bəli, xalqın hədəfi bu idi, xalq bizimlə gələrdi, amma ruslar qoymadılar. Bunu da İranda olan hökumət başa düşmədi. Ancaq bir az baş nazir Qəvamüssaltənə başa düşərdü. O birisiləri heç başa düşmürdülər. Biz onlara dəfələrlə tövsiyə verdik, başa düşmədilər, əksinə ruslara kömək etdilər.


«Azadlıq»: İndi fərz edək ki, əgər Pişəvəri hökuməti qalsaydı, indi İran Azərbaycanının vəziyyəti necə olardı?



Nüsrətullah Cahanşahlı: Əgər o hökumət qalsaydı, İranın vəziyyəti xarab olardı, bizim Azərbaycan aradan getmişdi.



«Azadlıq»: İndiki vəziyyət necədir? Yəni, Şimalda Azərbaycan Respublikası, cənubda İran var. İran azərbaycanlıları arasında ümumi əhval-ruhiyyə, yəni, o azərbaycanlılıq hissi, dili, mədəniyyətini necə görürsünüz?



Nüsrətullah Cahanşahlı: İran azərbaycanlıları heç vaxt İrandan ayrılmaq istəmirlər. İranı əsas vətənləri bilirlər və özlərini İranın başında hesab edirlər.



«Azadlıq»: Amma bir tərəfdən də İranda azərbaycanlıların məktəbi yoxdur, öz dillərindən idarələrdə rəsmi istifadə edə bilmirlər.



Nüsrətullah Cahanşahlı: İranda çatmayan cəhət çoxdur. Kürdlərin də, lorların da, bəluçların da yoxudur. Məsələ tək azərbaycanlıların deyil. İranda digər qövmlərə nisbətən azərbaycanlıların vəziyyəti daha yaxşıdır. Amma azərbaycanlıların da məsələsi var. Dil və təhsil də ciddi məsələlərdəndir. Bunun əsas səbəbi mövcud rejimdədir. Bu da gərək İranda demokrasinin bərqərar olmasiyla həll olunsun.


XS
SM
MD
LG