Gürcüstan və Rusiyanın beynəlxalq müşahidəçilərlə bağlı fikir ayrılığı var. Rəsmi Tbilisi hesab edir ki, müşahidəçilər Gürcüstanın bütün ərazisində, heç bir məhdudiyyət olmadan yerləşməlidir. «EXO Moskvı» xəbər verir ki, bunu Gürcüstanın Xarici işlər naziri Eka Tkeşelaşvili deyib.
Rusiyanın xarici siyasət idarəsinin başçısı Sergey Lavrov isə bəyan edib ki, Abxaziya və Cənubi Osetiyaya da təkcə rus hərbçiləri yerləşəcək.
Bu arada BMT-nin baş katibi Ban Ki Mun bildirib ki, Gürcüstanda xidmət edəcək sülhü mühafizə qüvvələri yaradılmalıdır. Baş katibin fikrincə bu qüvvələr hazırda Rusiya hərbiçilərinin nəzarət etdiyi separatçı Abxaziya və Cənubi Osetiya ərazilərində yerləşdirilməlidir.