Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 13:29

«AZADLIQ» RADİOSU «TÜRKSAT»da

«Türksat» peykində «Azadlıq» radiosunun ünvanı:

Orbitdə yeri:     42o Şərq
Polyarizasiya: Horizontal
Tezlik:              11.862 Mhz
Sürət:               27.500 Msps
Kanalın adı:     Radio bölümündə - Azadliq VOA Azeri.

1. «Azadlıq» radiosunu «Türksat»da tutmaq üçün kanallara ümumi axtarış verin:












2. Siyahıdan «Azadliq VOA Azeri» başlıqlı kanalı seçin. Bu, «Azadlıq» radiosudur.












«Azadlıq» radiosunu «Türksat»da tutmaqda hər hansı çətinliyiniz və ya suallarınız olsa, bizə zəng edin. Telefonlarımız:

(+99 412) 436-77-40
(+99 450) 213-56-30

Və ya efir@azadliqradiosu.az ünvanına məktub yazsanız, istədiyiniz köməyi ala biləcəksiniz!

«AZADLIQ» RADİOSU «HOTBIRD»DƏ

«Hotbird» peykində «Azadlıq» radiosunun ünvanı:

13 Degrees East HOTBIRD 8
POLARIZATION: Vertical
FREQ: 12.226 GHZ
FEC: 3/4 
SYMBOL RATE: 27.5 MS/s

«Azadlıq» radiosunu el arasında «Avropa sputniki» deyilən Hotbird 13 dərəcə peykində həm TV (ekranda «VOA TV» göstərir, amma «Azadlıq» radiosunun səsi gəlir), həm də radio siyahısında (pultda TV/R düyməsini basın) tutmaq olur. Yaxşı olar ki, siz «Azadlıq»ı elə TV siyahısında tutasınız, çünki bu zaman ekranda həm də maraqlı elmi-publisistik verilişləri izləyə bilərsiniz.

Beləliklə, peykdə kanallara ümumi axtarış verib tapılan 1800-1900 müxtəlif kanallar siyahısından «IBB VOA RFERL Ra» adlı və ya oxşar adlı kanallardan birini seçin (şəklə baxın). Sonra həmin kanalın 2-ci Audio cığırında («дорожка»), sağ rejimini («правый») seçsəniz (şəkildəki kimi) «Azadlıq»ın səsini eşidə bilərsiniz!

Bir şeyi qeyd edək ki, radionu peykdə tutan zaman yaxşı olar ki, bu prosesi canlı efir vaxtında, yəni

08.00-10.00
12.00-13.00
14.00-15.00
17.00-19.00
20.00-21.00
23.00-24.00

saatlarında edəsiniz, çünki canlı efir aralığında radioda musiqi və ya ingilis dilində başqa verilişlər yayımlanır...

Başqa çətinliklərlə rastlaşdıqda xahiş edirik, bizə – aşağıdakı nömrələrə zəng edəsiniz:

012 436-77-40
050 213-56-30

və ya efir@azadliqradiosu.az e-mail adresinə məktub yazasınız, sizə xidmət göstərməkdən çox məmnun olardıq!