Dinlə

Canlı efir

Növbəti veriliş

Top-10

«BİR QIZ QALASI QALIB, ONU DA SÖKSÜNLƏR, BƏLKƏ, HACIBALANIN ÜRƏYİ SOYUYAR...» – oxucularımızın yazdıqları

Sorğu

... ... ...
BAŞQA SORĞU: Rüşvət alan məmurdan şikayət etsəniz nə baş verər?

Dünya

Futbol rəsmiləri “Anti-korrupsiya Təlim Düşərgəsi”nə cəlb edilir

Peşəkar oyunların bütün təşkilatçıları xüsusi anti-korrupsiya mühazirələrinə, hakimlik təlimlərinə cəlb edilib bu barədə xüsusi imtahanlar verməli olacaqlar. Hakimlərə keçmişin səhvlərini etiraf edib aldıqları pulu geri qaytarmaq şansı veriləcək. davamı

TV kanalın saxta süjeti tamaşaçıları şoka salıb Video

Martın 13-də Gürcüstanın İmediaTV kanalının efirində qeyri-adi bir süjet göstərilib. Həyəcanlı son xəbər kimi təqdim olunan süjetdə ölkənin Rusiya tərəfindən zəbt edilməsi, prezident Saakaşvilinin öldürüldüyü deyilib. davamı

Bir gündə 24 nəfərin qətli

Hadisə martın 13-də baş verib. Başı kəsilmiş iki kişi meyiti Akapulkada küçədə, güllələnmiş başqa bir kişi meyiti isə şəhərdən kənarda tapılıb davamı

Qırğızıstanda AzadlıqRadiosunun verilişlərini efirdən çıxardılar

«Sonuncu insident azad, qərəzsiz xəbəri məhdudlaşdırmaq üçün son addımdır. Təəssüf ki, «Freedom House»un «Dünyada azadlıq» hesabatında deyildiyi kimi, Qırğızıstanda vəziyyət pisləşir» davamı

«İsveçə uşaqca reaksiya. Belə xarici siyasət olmaz»

Köşə yazarları Türkiyə-Azərbaycan-Ermənistan münasibətləri barədə. «Qorxuram ki, bu ağılla getsək, «soyqırımı»nı tanıyan ölkələrin sayı daha da artacaq. Biz də Don Kixot kimi tək başına dünya ilə savaşmaq məcburiyyətində qalacağıq» davamı

Əhməd Davudoğlu müxalifət liderindən kömək istəyib

Dəniz Baykal «CNN Türk» kanalına deyib ki, Əhməd Davudoğlu səsvermədən bir neçə saat qabaq Londondan ona zəng edərək İsveçdəki əlaqələrini işə salmalarını istəyib. davamı

Futbol oyununda azərbaycanlı milli fəallar siyasi məhbusların azadlığını tələb ediblər Video

Onlar «Azərbaycan var olsun, Mətinpur azad olsun!» və «Türk dilində mədrəsə!» şüarları səsləndiriblər davamı

«Ermənistanda siyasi böhran və qarşıdurma hələ də həll edilməyib»

ABŞ Dövlət Departamentinin hesabatına görə, Ermənistanda müvəqqəti saxlama dövründəki işgəncə və kobud rəftar kimi hüquq pozuntuları geniş yayılıb davamı

Varlılar niyə həbs edilir

Ölkə rəsmiləri bu kampaniyanı anti-korrupsiya əməliyyatı kimi təqdim edir. Ölkədə müstəqil media olmadığından nələrin baş verdiyini dəqiqləşdirmək mümkün deyil davamı

1915-ci il hadisələrini soyqırımı adlandıran ölkələrin biri də artdı

1915-ci ildə Osmanlı İmperiyasında erməni qırğınına soyqırım deyən ölkələrin siyahısına İsveç də qatıldı.Türkiyə Stokholmdakı səfiri Ankaraya çağırdı davamı

Kommunal inqilab

«Nümayişlər böhrandan bəri yaranan faktorların məntiqi nəticəsidir. İşsizlik çoxalmaqdadır, qiymətlər uçur, yaşayış standartları pisləşir. Televiziyalar bizə hekayələr danışır ki, biz dirçəlirik. Ancaq adamlar artıq nağıllara inanmırlar» davamı

İranda azərbaycanlı fəalın başına gələnlər... Dinlə

«Günahım ancaq türkçülüyümdür». Təbriz həbsxanasında ölüm aclığına başlayan milli fəal, jurnalist Abdulla Səduqi belə deyir. O, girov müqabilində həbsdən azad edilib. Ancaq 22 ittihamla. Həm də məhkəməyə qədər davamı

Dünyada 1011 milyarder var

2009-cu ildə bu rəqəm 793 idi. «Forbes» jurnalının baş redaktoru Stiv Forbes deyir ki, builki artım dünya iqtisadiyyatının böhrandan çıxmağını göstərir davamı

İnsan haqlarına dair film festivalı başlayıb  Video

Bu il İran filmlərinə xüsusi diqqət yetirilir. Festival İranda prezident seçkisindən sonra baş verən hadisələri əks etdirən «Yaşıl günlər» sənədli filmi ilə açılıb. davamı

«Rusiya ordusunu diz çökdürən»in ölümündən 5 il keçdi

«Məshədov, şübhəsiz, istedadlı hərbi strateq idi. 1996-cı ildə Qroznının alınması zamanı, Məshədovun komandanlığı altında cəmi bir neçə yüz döyüşçü vardı. Yalnız yüngül silahlarla silahlanmış bu bir neçə yüz döyüşçü Rusiyanın qüdrətli hərbi qüvvəsini bir neçə saata diz çökdürdü» davamı
Arxiv