Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:40

S.Sarkisian Yerevan kilsəsindəki matəm mərasiminə gəldi


S.Sarkisian Yerevan kilsəsindəki matəm mərasiminə gəldi
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Noyabrın 24-də Surb Sarkis kilsəsində keçirilən mərasimdə Azərbaycan üzərində vurulan Mi-24 vertolyotu pilotları ilə vidalaşma mərasimi keçirilib. Kilsəyə gətirilən 3 qapalı tabut Qarabağın separatçı rejiminin bayrağına bürünmüşdü. Erməni tərəfi meyidlərin pilotlara məxsus olduğunu bəyan edir. Azərbaycan müdafiə nazirliyinə əsasən isə tabutlar ya boşdur, ya da orada Ermənistan ordusunda öldürülən başqa hərbçilərin meyidləridir - 2 gün əvvəl verilən bəyanatda Azərbaycan tərəfi əmin edir ki, heç bir erməni əməliyyatı olmayıb. Ermənistan rəhbərliyi öz cinayətlərini gizlətmək istəyir. Tabutlarda erməni pilotlarının olduğuna Ermənistanda şübhə edən yoxdur. Əksinə, onlar Azərbaycan ordusunun mövqeləri qarşısından meyidlərin çıxarılması əməliyyatı ilə fəxr edir, bunu az qala hərbi uğur kimi təqdim edirlər. Ermənistan mediasında Qarabağdakı "xüsusi əməliyyatın" keçirilməsini sübut etməyə yönələn çoxlu material dərc olunub. Onlardan birində ərazinin pilotsuz təyyarədən çəkilən şəkilləri yayımlanır. "Xüsusi əməliyyat"dan əvvəl və sonra çəkildiyi iddia olunan bu fotolar Qarabağdakı qondarma respublikanın müdafiə nazirliyi adından yayılır. Onlardan biri hətta Azərbaycan dilində hazırlanıb.

XS
SM
MD
LG