Prezident Administrasiyasına bu dəfə müəllimlər toplaşdı
Məcburi köçkün müəllimlər onlara verilən orta aylıq əməkhaqlarının dayandırılmasına etiraz edirlər. Nazirlər Kabinetinin qərarı ilə 1994-cü ildən bəri iş yerlərini itirən müəllimlər ya işlə təmin edilməli, ya da orta aylıq əmək haqqı həcmində müavinət verilməlidir. Amma bu ilin əvvəlindən həmin müavinətlərin verilməsi dayandırılıb. Millət vəkilləri bildirirlər ki, hökumətin sərəncamları hər il yenilənir, 2012-ci il üçün də sərəncam gözləyirlər.