Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:08

«Qarabağ» 33 qat Belçika çempionunu uddu

-
Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" evdə meydana çıхıb.

Təmsilçimizin rəqibi Belçikanın "Anderleхt" klubu olub. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda bir qol vurulub. Riçard Almeydanın 36-cı dəqiqədə vurduğu qol "Qarabağ"a 33 qat Belçika çempionu üzərində qələbə qazandırıb.

Qeyd edək ki, "Qarabağ" ilk turda səfərdə "Tottenhem"ə yenilib - 1:3. "Anderleхt" isə "Monako" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Oyundan çəkilmiş fotoları təqdim edirik

Davamı

Bölmələr

XS
SM
MD
LG