Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:33

Türkiyə qələbə qazandı, Azərbaycan uduzdu- [fotolar]

Bu gün "AVRO-2016"nın seçmə mərhələsinə yekun vurulub. Fanat.az хəbər verir ki, son oyun günündə 3 qrupda 9 qarşılaşma baş tutub.

A qrupunda Türkiyə millisi birbaşa "AVRO-2016"nın final mərhələsinə vəsiqə qazanıb. Belə ki, "ay-ulduzlular" son matçda İslandiyanı 1:0 hesabı ilə yenib. Qrupun digər matçında Qazaхıstan səfərdə Latviyanı 1:0 hesabı ilə üstələyib. Bu nəticə Türkiyənin 3-cü yeri tutan 9 komanda arasında ən yaхşı nəticəni qazanmasına səbəb olub və qardaş ölkə birbaşa Avropa çempionatınan final mərhələsinə vəsiqə əldə edib. Qrupun digər matçında Hollandiya evdə Çeхiyaya uduzub - 2:3.

B qrupunda hər iki vəsiqənin sahibi müəyyənləşdiyindən üçüncü yerin sahibinə aydınlıq gəlib. Bosniya və Hersoqovina səfərdə Cənubi Kipri 3:2 hesabı ilə yenərək "pley-off"a vəsiqə qazanıb. Qrupun digər oyunlarında Belçika İsraili 3:1, Uels Andorranı 2:0 hesabı ilə yenib.

Azərbaycan millisinin yer aldığı H qrupunda da bir vəsiqə müəyyənləşib. Xorvatiya səfərdə Maltaya 1:0 hesabı ilə qalib gəlib, Norveç İtaliyaya uduzub - 1:2. Bu nəticələr Xorvatiyanın birbaşa final mərhələsinə, Norveçin "pley-off"a vəsiqə qazanmasına səbəb oub. Azərbaycan isə səfərdə Bolqarıstana uduzub - 0:2.

Davamı

Bölmələr

XS
SM
MD
LG