Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:50

Bayern Munich 6 - 1 Porto, Barcelona 2 - 0 PSG

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Fanat.az хəbər verir ki, bu gecə baş tutan 2 oyundan sonra yarımfinalın 2 iştirakçısı müəyyənləşib.

"Barselona" ilk oyunda 3:1 hesabı ilə yendiyi PSJ-ni qəbul edib. Kataloniya klubu doğma meydanda da qələbə qazanıb - 2:0. Hər iki qolu Neymar vurub. Bununla da "Barselona" yarımfinala vəsiqə əldə edib.

Gecənin digər oyununda "Bavariya" ilk oyunda 1:3 hesabı ilə uduzduğu "Portu"nu sınağa çəkib. Münhen təmsilçisi doğma meydanda məğlub edərək hər şeyin bitmədiyini göstərib - 6:1. "Bavariya" ilk yarıda 5 qol vuraraq matçın taleyini həll edib. Robert Levandovski dubl edib, Tyaqo Alkantara, Jerome Boatenq və Tomas Müller hərəyə bir qol vurub. Münhenlilərin son qolunu matçın sonunda Xabi Alonso rəqib qapısından keçirib. "Portu"nun təsəlli qoluna isə ikinci hissədə Cekson Martines imza atıb. Qarşılaşmanın sonlarında İvan Markano qırmızı vərəqə alaraq "Portu"nu azlıqda qoyub.

Davamı

Bölmələr

XS
SM
MD
LG