Ağdam rayonunun Mirəşəlli kəndində Famil Mahmudbəylinin çəkdikləri fotolar cəbhə xəttində yerləşən kənd həyatını göstərir. İnsanlar nə işlə məşğul olur, atışma olanda nə edirlər.
Cəbhə xəttindən 200 metr aralı - Mirəşəlli kəndi
1
Bu qəbiristanlığı erməni hərbi postundan təxminən 200 metr ayırır. Tez-tez atışma olduğundan, insanların təhlükəsizliyi üçün yazılı xəbərdalıq edilib.
2
Mirəşəlli sakinləri deyir ki, atəşkəs dövrü olsa da, ermənilərin açdığı atəşlər nəticəsində burada çox qəbir dağılıb.
3
Cəbhə bölgəsində yerləşən Mirəşəlli kəndinin qəbiristanlığı. Kənd qəbiristanlığı tez-tez atəşə tutulsa da, kənd sakinləri ölülərini burada dəfn etməkdə davam edirlər.
4
Sakinlərin dediyinə görə, atışma, adətən, həftənin 4-cü günü - cümə axşamları olur.