Abbas Atilay Göy Göl rayonunun sakinləri yeni olan "Yeni Zod" kəndindən və onun ilk sakinlərinin ibadət yeri, qədim məbədlərindən danışır sizə.
Qədim kəndin yeni sakinləri və məhv olmuş məbədlər
1
Göy Göl rayonunun Yeni Zod kəndi.
2
Keçən əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanda və Azərbaycanda yaşayan azərbaycanlı və ermənilərin deportasiyası zamanı Ermənistan SSR-da, Zod kəndində yaşayan azərbaycanlılar "Kamo" adlanan bu kəndə, bu kəndin erməni sakinləri isə Zoda köçürülür. Beləliklə kəndlərin sakinləri ilə yanaşı adları da dəyişilir.
3
Kamo "Yeni Zod", Zod isə "Yeni Kamo" olur.
4
Bu kəndin qədim sakinləri isə albanlar hesab olunur. Kəndin ətrafında alban kilisələri və məbədləri bu günümüzə qədər gəlib çatıb.