Çərşənbə axşamı, May 22, 2012 Bakı vaxtı 06:19

 
Mətn, audio- və video- materiallardan istifadə
AzadlıqRadiosu bu saytda dərc olunmuş yazıların istifadəsini, yenidən çapını və yayımını alqışlayır. Bununla belə, bizim materiallarla istənilən alver qəti qadağandır.

Saytımızdakı yazını verərkən onun linkini daxil etmək vacibdir. Hər yazı bu mətnlə müşayiət olunmalıdır:


Bütün hüquqlar qorunur (c). AzadlıqRadiosunun icazəsi ilə dərc olunur. 1201 Connecticut Ave., N.W. Washington DC 20036.

Bizim məqalədən qismən istifadə etdikdə, yazının bir hissəsinin də verildiyi qeyd olunmalıdır. Məqalənin mahiyyəti, adı və bütövlüyü təhrif olunmamalıdır. AzadlıqRadiosu materiallarından istifadə iznini istənilən vaxt geri götürmək hüququnu özündə saxlayır.

Birbaşa internet-yayımı, AzadlıqRadiosu və onun 18 xidmətinin səs arxivi müstəsna olaraq onun dinləyicilərinin şəxsi istifadəsi üçündür. Verilişlərin yayımı, retranslyasiyası və başqa bu qəbil istifadəsi AzadlıqRadiosunun xüsusi yazılı icazəsi olmadan qadağandır.

Yazıların, fotoların, səs- və video- materialların istifadəsinə icazə üçün bu ünvana müraciət edin: web@rferl.org.

Üçüncü şəxslərin mülkiyyəti olan materiallar
AzadlıqRadiosunun xəbərlərinin bir hissəsi «Associated Press», «Reuters», AFP, ITAR-TASS və s. xarici agentliklərin məhsuludur («üçüncü şəxslərin mülkiyyəti»dir). Bu cür materiallardan istifadə etmək üçün təkcə AzadlıqRadiosundan deyil, onlara hüququ olan üçüncü qurumdan da icazə almaq tələb olunur.

Başqa resurslara linklər
AzadlıqRadiosu öz saytında onunla əlaqəli olmayan şəxslərin və şirkətlərin internet-resurslarına linklər yerləşdirir. Bu zaman AzadlıqRadiosu ictimai əhəmiyyətli, qeyri-kommersiya və müstəqil resurslara üstünlük verir. AzadlıqRadiosu bu resurslara nəzarət və onların məzmununa təsir etmir. Onların məhsullarını, xidmətlərini və ya arxasında duran təşkilatları dəstəkləmir. AzadlıqRadiosu bu saytların məzmununa, onların arxasında duran təşkilatlara görə cavabdeh deyil. Orada dərc olunan materialların həqiqiliyinə, bu saytlarda yerləşdirilən reklam və başqa xidmətlərə görə məsuliyyət daşımır. AzadlıqRadiosu kənar resurslarda yerləşdirilən, onlar vasitəsilə yayılan material, məhsul və xidmətdən istifadə nəticəsində dəymiş ziyan üçün də cavabdeh deyil.

Sitat formatı
AzadlıqRadiosunun materiallarından elmi işlərdə istifadə edərkən, onlara istinad etməyiniz xahiş olunur. Nümunə:

APA:
Electronic Reference Formats Recommended by the American Psychological Association

Chicago & Turabian:
A Brief Citation Guide for Internet Sources in History and the Humanities (by Melvin E. Page)

General Resource:
Karla's Guide To Citation Guidelines



HÜQUQİ ASPEKTLƏR

AzadlıqRadiosu şəxsi məlumatın məxfiliyi və internetə nəzarətsiz çıxış hüququna hörmətlə yanaşır.

Xəbərləri mümkün qədər yaxşı çatdırmaq üçün biz istifadəçilərimiz haqda iki cür məlumat toplayırıq:

- AzadlıqRadiosunun materiallarına abunə olarkən istifadəçinin qeyd etdiyi e-mail ünvanı;
- sayt ziyarətçilərinin sayını müəyyənləşdirmək üçün statistik məlumatlar.


E-mail ünvanlar
AzadlıqRadiosuna abunə olmaq üçün elektron ünvan tələb olunur. AzadlıqRadiosu heç bir halda bu ünvanları üçüncü tərəfə verməyəcək. Abunəçilərin siyahısından yalnız AzadlıqRadiosunun materiallarını yollamaq üçün istifadə olunur. İstənilən vaxt abunədən imtina etmək mümkündür. Bunun üçün hər elektron paylama məktubunun sonunda təlimat verilir. Problem yaranarsa, azadliq@rferl.org ünvanı ilə bizim əməkdaşlara müraciət edə bilərsiniz.

Statistik məlumatlar
Əksər saytlar kimi, AzadlıqRadiosu da sayta ziyarət haqda statistika toplayır. Bu məlumatlar istifadəçinin şəxsiyyətini müəyyən etməyə imkan vermir və yalnız kompyuterin ip-ünvanını qeydə alır. Proqram cookie-fayllardan istifadə edir. Cookie-fayllar sayta hər yeni ziyarət zamanı yaranır və ziyarətçi saytdan çıxan kimi silinir. Bu yolla toplanan statistik məlumatlar ictimaiyyətə açıqlanmır və istifadəçilərin istəyi əsasında saytın işini yaxşılaşdırmaq üçün istifadə olunur.