Podkastinq nədir?Müasir həyatın yüksək dinamizmi çox vaxt sevimli radioverilişləri vaxtında dinləməyə imkan vermir. Podkastinq də elə bu yerdə köməyə gəlir. O, qaçırdığınız sevimli radioverilişi Sizə münasib vaxtda dinləməyə kömək edir. Bunun üçün Sizə Mp3-pleyer və podkastları yükləmək üçün proqram lazımdır.
«Podkastinq» termini «Apple» şirkətinin istehsal etdiyi «İpod» mp3-pleyerin adından törəyib. Podkastinq texnologiyasının işi ondan ibarətdir ki, radiostansiyanın mp3 formatında olan verilişlərini avtomatik olaraq internet vasitəsilə kompyuterinizə yükləsin. Siz onlara özünüzə münasib vaxtda qulaq asırsınız. «Azadlıq» radiosunun internet səhifəsi bundan əvvəl də bəzi proqramların səslərini yükləməyə imkan verirdi. Amma bunun üçün özünüz birbaşa sayta daxil olaraq lazımi faylı tapmalıydınız. Podkastinq texnologiyası isə faylları sayta qoyulan kimi, avtomatik olaraq kompyuterə yükləməyə imkan verir.
Podkastinq necə işləyir?Podkastinq RSS texnologiyasına əsaslanır. Veriliş efirdə səsləndikdən az sonra onun səs yazısı mp3 formatında azadlıqradiosu.az serverinə qoyulur, müvafiq RSS kanalında isə verilişin adı və faylın linki haqda məlumat peyda olur. Sizdə podkastları yükləmək üçün quraşdırılan proqram mütəmadi olaraq yeniləmələri yoxlayır və təzə fayl tapan kimi, avtomatik olaraq onu kompyuterinizə yükləyir.
Kanalı həddən artıq yükləməmək üçün seçib yalnız Sizə maraqlı olan verilişlərin avtomatik yüklənməsi əmrini verə bilərsiniz. Sonradan həmin verilişləri birbaşa kompyuterdə evdə və ya portativ mp3 pleyerə (cib kompyuteri, mobil telefon) köçürərək yolda dinləyə bilərsiz.
Hansı proqramlara ehtiyac var?iTunes. Podkastinq texnologiyasının əcdadı «iTunes» proqramı sayılır. Bu proqramı quraşdırandan sonra Sizi maraqlandıran podkastinq kanallarına abunə yazıla bilərsiniz. Bunun üçün «Advanced» menyusundan «Subscribe to Podcast» seçin, açılan pəncərəyə müvafiq podkastın RSS linkini qoyun və «Ok» düyməsini basın. Podkastın adı siyahıda çıxacaq. Onu seçib və proqramın aşağı sağ küncündəki «Settings» düyməsinə basmaqla, Siz yeni səslərin yazılma intervalını və onların kompyuterdə saxlanma müddətini təyin edə bilərsiniz. Kanalın qarşısındakı üçbucaq piktoqrama basmaqla, kanalın bütün yazılarına baxmaq da olar. «iTunes» avtomatik olaraq faylları portativ «iPod» mp3-pleyerə də köçürə bilir. Bu prosedura (sinxronizasiya) Siz «iPod»u kompyuterə qoşan kimi işə düşür.
iPodder. «iPodder» proqramı kompyuteri daha yaxşı bilənlər üçün nəzərdə tutulub. Onda yükləmə və podkastları saxlama mexanizmi daha zirəkdir. Məsələn, burada serverdə yeniləmələri yoxlama vaxtını dəqiqliyi ilə təyin etmək olar. Quraşdırılandan sonra proqram «Windows»la birlikdə işə düşür və istifadəçidən «xəlvəti» öz işini yerinə yetirir. Onun piktoqramı «Windows» saatının yanında əks olunur.
Hər iki proqram pulsuz yayılır.