Forum
Türkiyənin futbol diplomatiyasına Azərbaycanın reaksiyasını necə qiymətləndirirsiz?
19.10.2009 Türkiyə-Ermənistan arasında sərhədlərin açılmasını nəzərdə tutan protokolların imzalanması və Türkiyə-Ermənistan futbol qarşılaşmasında Azərbaycan bayraqlarının qutuya atılması rəsmi Bakının qəzəbinə səbəb olub.
Bunun ardından Türkiyə səfirliyinin rəsmisi Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz bildirilib.
Daha sonra isə 1918-ci ildə Bakının qurtuluş savaşında həlak olmuş türk əsgərlərin şərəfinə Şəhidlər Xiyabanında ucaldılan abidə ətrafındakı Türkiyə bayraqları yığışdırılıb.
Türkiyənin futbol diplomatiyasına Azərbaycanın reaksiyasını necə qiymətləndirirsiz?