Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:04

AzadliqLive - Emin Ağalarov: "Səni unutmaq"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

16:49 2.8.2015

Emin Ağalarov : "Əbədi sevgi 3 il çəkdi"

Emin Ağalarov yeni klipini təqdim edib. “Səni unutmaq” (Забыть тебя) adlanan klipin ssenarisi müğənninin özünə məxsusdur. Mahnı sevginin əbədi olmadığından, ayrılıqdan bəhs edir:

"Sənsiz ürək sönsə də, ölmür,

Əbədi sevgi cəmi 3 il yaşadı..."

Klipdə ayrılıq astanasında olan, uşaqların gözü qarşısında mübahisə edən qadın-kişi münasibətləri təsvir olunub.

16:24 2.8.2015

Komputer oyunundan 200 min qazanan 16 yaşlı

Sumail 16 yaşının tamam olduğu gündən az əvvəl 200 min dolların sahibi olur. Bir neçə gündən sonra- avqustun ortalarında onun milyonçu olmaq şansı var. O pulu nə ilə qazanır? Kompüter oyunları ilə. O bu oyunları yaratmır. O, oynayır.

20:40 1.8.2015

XİN:Avtobusda 2 Azərbaycan vətəndaşı olub

Türkiyənin Jandarma Komandanlığından Azərbaycanın Qarsdakı Baş Konsulluğuna verilən məlumata görə, hadisə zamanı sərnişin avtobusunda 2 Azərbaycan vətəndaşı olub. Bu barədə ANS PRESS-ə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.Sərnişin avtobusunda əlavə Azərbaycan vətəndaşlarının olması məsələsi araşdırılır.

“Biz şəxsi avtomobillimizlə İqdırdan Naxçıvana getmək istəyərkən silahlı şəxslər qarşımızı kəsdilər, sənədlərimizi və mobil telefonlarımızı tələb etdilər. Sənədləri və telefonları verəndən sonra bizi yol qırağındakı çalaya apardılar” - bunu isə APA-ya PKK tərəfindən valideynləri ilə birgə girov götürülmüş Azərbaycan vətəndaşlarından biri, 22 yaşlı Əli Səfərli deyib.

Əli Səfərli deyib ki, çalada onlardan başqa insanların olduğunu görüblər: “Bir avtobusun və başqa bir maşının da qabağını kəsərək oradakı şəxsləri çalaya gətirmişdilər. Dedilər ki, bizinlə heç bir problemləri yoxdur. Amma Türkiyədə hüquqları təmin olunanadək avtobusların, avtomobillərin qarşısı kəsiləcək. Kürdüstan ərazisinə heç kimi buraxmayacaqlar”.

Onlar orda olduğu müddətdə PKK-çılar Kağızmandakı körpünü partladıblar.

Əli Səfərli bildirib ki, onları təxminən 4 saat saxladıqdan sonra buraxıblar. Sənədlər və mobil telefonlar geri qaytarılıb. PKK terrorçuları şəxsi avtomobillərə dəyməsələr də, dövlətə məxsus TIR-ları yandırıblar.

Əli Səfərlinin sözlərinə görə, PKK-nın girov götürdüyü Azərbaycan vətəndaşlarının sayı 10-15 nəfər olub. Əlavə məlumat

13:52 1.8.2015

Anar Nağlbaz namaz qılmağa başlayır

Reper Anar Nağılbaz ibadətə başlayır. "Qafqazinfo"nun məlumatına görə, bu haqda sosial şəbəkədə yazan reper bildirib ki, bu gündən namaz qılmağa başlayacaq:

""Facebook" səhifəm artıq bağlanır. Allah hamınıza yar olsun, həmişə Allahla olun. Mən namaza başlayıram və daha heç vaxt Nağılbaz olmayacaq. Allah köməyiniz olsun".

Bir istifadəşi isə yazıb ki, "Allah qəbul eləsin". Ancaq "daha heç vaxt Nağılbaz olmayacaq söhbəti heç yaxşı olmadı"

Davamı

XS
SM
MD
LG