Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:55

Girov götürülənlərlə bağlı müdafiə komitəsi yaradılıb [Video]

İyulun 11-də Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Tərtərin Qapanlı kəndindən olan Şahbaz Quliyev və Kəlbəcərdən olan Dilqəm Əsgərovdur. Erməni mətbuatı həmin şəxslərlə bir yerdə olan daha bir nəfər azərbaycanlının öldürüldüyünü yazır. Amma həmin şəxsin kimliyi bəlli deyil.

Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, bu şəxslər ordu sıralarında xidmət etmir.

18:25 16.7.2014

HEÇ KİM ÖLDÜRÜLMƏYİB

«Kəlbəcərdə öldürüldüyü bildirən Həsən Həsənov Kəlbəcərə yox, Rusiyaya gedib»

ANS-in yazdığına görə, bunu Həsən Həsənovun Binəqədi rayonundakı qonşuları deyib.

Məhəllə sakinləri Həsənin öldürülməsi haqda yayılan xəbərlərin yalan olduğunu vurğulayıblar. Onlar iddiasına görə, Həsən Həsənov Rusiyaya gedib:

«Onun iki körpə uşağı var. Yoldaşı isə İmişli rayonundandır. Onlar 10-15 gün bundan öncə istirahət etmək üçün rayona gediblər. Həsən öldürülməyib, ailəsi də buna inanmır. Bütün Binəqədi onu yaxşı oğlan kimi tanıyır».

İyulun 11-də Ermənistan mətbuatı Kəlbəcərdə 3 azərbaycanlının tutulması ilə bağlı məlumat yayıb. Onlardan ikisinin görüntüləri yayılsa da, Həsən Həsənov barədə xəbər yoxdur. Bu səbəbdən də onun öldürüldüyü barədə ehtimallar səslənməkdədir.

13:47 16.7.2014

DÖVLƏT KOMİSSUYASI GİROV GÖTÜRÜLƏNLƏRLƏ BAĞLI MƏLUMAT YAYIB

«Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı məsələ ilk gündən diqqət mərkəzindədir».

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda belə deyilir.

«Dövlət Komissiyası səlahiyyətləri çərçivəsində bu barədə materialların yayımlandığı ilk gündən etibarən aidiyyəti beynəlxalq təşkilatları məlumatlandıraraq, məsələnin beynəlxalq humanitar hüquq normaları çərçivəsində araşdırılmasını və bütün zəruri prosedurların həyata keçirilməsini tələb edib. Hazırda video və foto materiallarda yayımlanan vətəndaşlarımızın şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində zəruri işlər aparılır» deyə məlumatda bildirilir.

13:41 16.7.2014

Ermənilər daha bir azərbaycanlı əsirin görüntülərini yaydılar (Video)

Ermənistan mediası iyulun 14-də daha bir azərbaycanlı əsirin görüntülərini yayıb.

AzadliqRadiosu-nun erməni xidmətinin məlumatına görə Qarabağ erməniləri bu gün saat 13-də əməliyyatı başa çatdırdıqlarını deyiblər:

“Təxribat qrupu üzvlərinin bir qismi öldürülüb, bir qismi də ələ keçib.”

Azərbaycanın Qarabağ regionunu işğalda saxlayan erməni rejimi bildirir ki, iyulun 14-də Kəlbəcər rayonu istiqamətdə “azərbaycanlı təxribatçılara” qarşı əməliyyatı başa çatdırıb.

Qarabağda özlərini Müdafiə Nazirliyi adlandıran qurum detallar barədə məlumat verməyib, yalnız bildirib ki, yaxın vaxtlarda geniş məlumay yayacaqlar

Davamı

XS
SM
MD
LG