Cümə axşamı, Avqust 28, 2014 Bakı vaxtı 14:22

Rubrikalar / Ukrayna

Yeni qanlı döyüşlər, yeni girovlar, yeni prezident (Ukrayna xronikası 28 may-1iyun )

YENİLƏNİB: 02.06.2014 11:18


Posts order:
20:08
01 İyun 2014
 
03:21
01 İyun 2014
Paylaş:

KRIM UKRAYNA PULU QRİVNA İLƏ BELƏ "VİDALAŞIR"

19:54
31 May 2014
 
14:25
31 May 2014
Paylaş:

UKRAYNA SƏRHƏDDİNİ KEÇƏN ÇEÇENLƏR HAQDA

 

Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsov Rusiya Federal təhlükəsizlik xidmətində yönəltdiyi məktubda yazır ki, mayın 27-də bir qrup yaraqlı çeçen Rusiya Ukrayna sərhəddindən Donetskdə keçib. Nemtsov xatırladır ki, Çeçenistanın lideri Ramzan Kadyrov bu şəxslərə aidiyyatını inkar edir və soruşur ki, Rusiya sərhədçiləri silahlı dəstələrin dövlət sərhəddini pozmasına niyə imkan verir?

Eyni zamanda Ukrayna mediası xəbər verir ki, çeçenlərdən ibarət Vostok batalyonun əsgərləri Donetskin cənubunda 2 nəzarət məntəqəsi qurublar. Bundan başqa şəhərin Xoroşevkoe rayonunda, Ukrayna hava hücumundan müdafiə hərbi hissəsində atışma baş verib, ərazidə hərbi vertolyot müşahidə olunub. Donetsk aeroportu rayonunda da ara-srıa atışmalar baş verdiyi bildirilir. Şəhər rəhbərliyi sakinlərin həmin rayonlara və Metro supermarketi ərazisinə getməkdən çəkindirib. 
13:31
31 May 2014
Paylaş:

SLAVYANSKDA MÖVQE DÖYÜŞLƏRİ


Bu günlərdə Rusiya mediasının əsas diqqəti Slavyanskdır. Ən çox çox da Ukrayna qoşunlarının uşaq xəstəxanasına atəş açması haqda xəbər təkrarlanır. Ukrayna müdafiə naziri iddia edir ki, bu atəşlər yaraqlılar tərəfindən açılır ki, əhalidə Kiyevə qarşı nifrəti daha da artırsınlar.

Ümumiyyətlə Donbass və xüsusilə də Slavyansk ətrafında bir çox məsələlər çox qaranlıqdır. Ukrayna təhlkükəsizlik qüvvələri iddia edirlər ki, şəhərdəki yaraqlıları müşahidə edir, onları tədricən, addım-addım zərərsizləşdirirlər. Onların məlumatına əsasən, şəhər ətrafında qurulmuş postlar yaraqlılara silah və sursat daşınmasının qarşısını alır. Lakin Slavyanskdakı Rusiyameylli döyüşçülərin nəinki sursatı tükənir, əksinə hər gün onların sərəncamına yeni silah növləri daxil olur, yeni yaraqlı dəstələri şəhərə ayaq açır. Necə? Haradan? Bu suala cavabı Slavyansk ...uşaqları verir.

Bu günlərdə 200-ə yaxın Slavyansk uşaqları şəhərdən çıxarılaraq Krıma göndərildi. Onların avtobusla yola salınma səhnəsini bütün TV kanallar göstərdi. Lakin Ukrayna təhlükəsizlik qüvvələri bu avtobusların şəhərdən çıxması haqda xəbəri təsdiqləmirdi. Çünki onların Slavyasnk ətrafındakı nəzarət məntəqələrindən belə bir avtobus karvanı keçməmişdi. Lakin Slavyanska girib-çıxmaq üçün çoxlu dolayı yollar var.  ki, ora Ukrayna ordusu nəzarət edə bilmir. Xəbər verilir ki, uşaqlar dolayısı ilə Luqansk vilayətinə gəlib, oradan da qatarla Krıma yola düşüblər.

Çox güman ki, eyni yollarla Slavyansk silahlı müqavimətinə sursat, silah və canlı qüvvə daxil olur.

Ukrayna ilə Rusiya sərhəddində də eyni vəziyyətdir. Nəhəng ərazilər faktiki olaraq heç kim tərəfindən mühafizə olunmur. Donbassda çeçen yaraqlıları peyda olanda, onların sərhəddən necə keçməsi heç kimdə sual doğurmadı - ara yolları ilə. Eyni yollarla məcara axtaran rus kazaklarının, millətçilərinin, dindarlarının silahlı dəstələri rahat daxil olaraq Ukrayna silahlı qüvvələri ilə döyüşə girir
12:53
31 May 2014
 
22:09
30 May 2014
Paylaş:

MAYIN 30-DA DONBASSDA


Slavyansk şəhərində Rusiyameylli yaraqlılar minamyot və SAU-dan (hərəkət edən artilleriya maşını) Ukrayna Milli qvardiyasının Karaçun yüksəkliyindəki mövqelərini və şəhərin bəzi məhəllərini atəşə tuturlar. Şəhər xəstəxabasının binasına mərmi düşüb. Ukrayna ordusu iddia edir ki, separatçıların yaşayış ərazisində olan mövqelərinə cavab vermirlər. Yerli əhali uşaqları Slavyasnkdan çıxarır, videogörüntülərin birində bir qrup uşaq Krıma göndərilib. Ukrayna xidmətinin xəbərinə əsasən uşaqların məşhur "Artek" düşərgəsində yerləşdirilməsində söz versələr də, onları başqa - daha sadə düşərgədə yerləşdiriblər.

Artyomovsk şəhərində 20-ə yaxın üzümaskalı yaraqlı şəhər ica hakimiyyətinin binasına gələrək fövqəladə iclas çağırmağı tələb edib. Şahidlərin dediyinə görə, onlar faktiki olaraq binanı zəbt ediblər, yaxınlıqdakı polis əməkdaşları baş verənlərə laqeyddirlər. Separatçıların qərargahında isə iddia edirlər ki, şəhər hakimiyyətinə heç kim hücum etməyib, sadəcə növbədənkənar sessiya çağırmaq tələbi ilə piket keçirlir.
    
Qorlovka şəhərindən verilən xəbərə əsasən, yaraqlılar islah-əmək koloniyasının rəisini girov götürərək silah otağını açmağı tələb edirlər.
    
Özünü Luqansk xalq respubilkasının rəhbəri elan etmiş Valeriy Bolotov jurnalistlərə bildrib ki, yerli “İRTA” TV kanalınının yayımını dayandırıb. Kanalın verilişləri separatçı liderin xoşuna gəlməyib, deyir “Kiyev rejimini təbliğ edir”. Kanalın sahibi yerli bisnesmen-siyasətçi Vladimir Landkin-dir
18:45
30 May 2014
Paylaş:

DONETSK MƏKTƏBLƏRİNDƏ YARIMÇIQ SON ZƏNG


Mayın 30-da Donetsk orta məktəblərində son zəngdir. Şəhərdəki vəziyyətə görə məktəblərə tapşılıq verilib ki, məzunlar bu bayramı ancaq axşam saat 8-dək qeyd edə bilər. Bunu təhlükəsizlik səbəbi ilə izah edən şəhər polis idarəsindən deyirlər ki, polis patrulları məktəbləri xüsusi diqqətdə saxlayacaq. Adətən orta məktəbi bitirənlər bütün gecəni həyatlarındakı bu əlamətdar günü qeyd edirlər, lakin Ukraynanın şərqindəki gərginliklə bağlı separatçılar Donetskdə və Luqanskda fövqəladə vəziyyət və komandant saatı elan ediblər.
18:14
30 May 2014
Paylaş:


Donetskdən bir mənzərə. Köşk satıcısının hazırladığı lövhədə yazılıb: "Təzə qəzet yoxdu, elə həyat da..."
18:02
30 May 2014
 

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Mahir
02.06.2014 13:44
Odessa da daxil olmaqla cənub-şərq Ukrayna ərazisi olmayacaq, ardınca da Moldova gəlir. Başıpozuq hazırkı Kiyev hakimiyyətinin apardığı siyasətin məntiqi sonluğu belə acınacaqlı olur.

Kimdən: Analitik Haradan: memleketden
30.05.2014 20:48
Proseslerin gediwatindan bele qenaete gelmek olar ki Ukrayna 2 yere bolunmekdedir ve Rusiyanin avtonomiyasi hesab edilecek Doneck ve Luqansk vilayetlerinden ibaret Novorossiya adli olke yaradilacaq.

Kimdən: Səda dayi Haradan: Baki
29.05.2014 20:08
Eger Ukrayna qalib gelse, o zaman Qarabaqi da qaytaracaqimiza umid ede bilerik.

Biz ermeniya meqlub olmamishiq. Biz Rusiyaya meqlub olmushuq. Ozu de muveqqeti.

Kimdən: Murad
29.05.2014 16:43
Ukraynadakı hadisələr Putin və Obamanın tam razılaşdıqları senariyə uyğun olaraq baş verir. Bizdə daxil olmaqla yer üzündəki bütün dövlətlər tədricən bu iki hegemon dövlətin əyləncə və pul qazanma obyektlərinə çevrilir. Gəlin özümüzü aldatmayaq - bu iki dövlət Dünyanı idarə edir.

Kimdən: analitik Haradan: memleketden
29.05.2014 11:02
Hormetli redaksiya, meselelere birmenali yanawmaq duzgun deyil.Gelin analiz edek, xirdaliyaq bu muharibeni. Qerb ve Amerikanin meqsedi Rusiyani diz ustde cokdurmekdir.Bunu Putin gozel anlayir.En elveriwli geocoqrafi mekan -Ukrayna sechilib. Ukraynanin qerble anlashilmasi, avrointeqrasiyaya qoshulmasi onun tez ve ya gec NATO-ya uzv olmasi demekdir. Eqer Ukrayna Natoya uzv secilse ABW oz PRO ustanovkalarini, zenit raketlerini ve s. bu erazide yerlewdirecek. Bu da Rusiyanin herbi infrastukturunun mehvi demekdir. Odur ki separatci adlandirdiqiniz rusmeyilli herbi desteler tebii ki oz movqelerinden ele bele chekilmeyecekler. Men RF mudafiecisi kimi cixiw etmirem sadece olaraq meselelere weffaf ve subyektiv noqteyi-nezerinden werh verdim.

Kimdən: ELÇİ BEY-eskeri Haradan: Quzey Azerbaycan Bakı
27.05.2014 10:09
Kreml “Vostok” adı ile quldur,reket Kadırov hakimiyyeti terefinden Ukraynaya gönderilen eli silahlı çeçenleri görende,rus KQB neye qadir olduğunu bir daha şahidi olursan.İster-istemez 1988 Sumqayıt ve postsovet mekanında,Balkanlarda töredilmiş qırğınlar göz önüne gelir.Tam mesuliyetimle bildirirem.1993-cü ilin Gence qıyamı,quduz rus imperiyasının Quzey Azerbaycanda qardaş qırğını töredib,may ayının 26-da AZERBAYCAN Milli Azadlıq Herekatının Lideri ve eks prezidenti Ebülfez Elçibeyin rehberliyile çıxardılmış rus soldatını tanklarla dönmesine hesablanmışdı...
Cavab

Kimdən: Me den Haradan: Usa
29.05.2014 01:59
Ramadan kadirov esil musilman rehberdir qladiyo xren Azerbaijan musteqillik oxwar bir figa elde edib

Kimdən: ELÇİ BEY-eskeri Haradan: Quzey Azerbaycan Bakı
27.05.2014 10:08
...Ve çox teessüf,min teessüf ki,üzde olan vetendaşlarımız ve soydaşlarımız rus KQB generalı H.Eliyevin rehberliyi ile bu oyunda feal idiler.İller keçdikce daha aydın Ebülfez Elçibeyin Böyüklüyünü anlayırsan.Xatırlatmaq isteyirem.Rus imperiyası:”Vostok delo tonkaya“.Yeni hakimiyyet üçün şerqliler her şeye qadirdiler.Ebülfez Elçibey geri çekilmekle Kremlin istediklerini gözünde qoydu.RF prezidenti Yeltsin:”Uçitel nas abmanul.“
Quzey Azerbaycan hakimiyyetini zebt eden Eliyev sülalesi bugün neft pulları ile şellenir.Unutmayın cenablar,Elçibeyin siyasi iradesi ve heyatı bahasına rus soldatının çıxması ve Bakı-Tiflis-Ceyhan neft boru kemeri ideyası heyatda öz eksini tapdı.
Cavab

Kimdən: Mahir
02.06.2014 14:19
Uçitel vsex obmanul, v tom çisle svoeqo "lyubimoqo" askera. Vse taki jalko...

Kimdən: aqilli Haradan: Sumq.
26.05.2014 19:36
NECE ILLER IDI BUNU ARZULAYIRDIM,ARZUMUN BIRINE CATDIM. INSAALLAH II sine DE CATARAM! UKRAYNA, YOLUN UQURLU OLSUN! UQURUN BIZE DUSERLI OLSUN! SAQ ELIN AZERBAYCANIN BASINA. AAMIN!

Kimdən: ELÇİ BEY-eskeri Haradan: Quzey Azerbaycan Bakı
26.05.2014 09:11
Ukrayna xalqını demokratik seçki yolu ile prezident seçkilerini keçirilmesi münasibetile ürekden tebrik edirem.Xeyirli olsun! İnanıram ki,hakimiyyet demokratik yolu ile formalaşacaq,AZERBAYCAN ve Türk dünyası ile münasibetleri yüz illerle önce nece olubsa,ele de olacaq.Xatırlatmaq isteyirem ki,Ukraynanın baş kendi Kiyev (yeni iki ev)ulu babalarımızın saldığı şeherdir.Ukrayna xalqının dilinde ezber olmuş bu sözlerle fikirimi bitirmrk isteyirem.SLAVA UKRAİNİ ! ! !