Bazar, May 19, 2013 Bakı vaxtı 23:09

Siyasət

26 yanvar etirazlarının xronologiyası [Video-Foto]

Yanvarın 26-da Bakıda sosial şəbəkələr vasitəsilə təşkil olunan etirazlar baş verdi. Onun iştirakçıları İsmayıllı sakinərinin etriaz çıxışları ilə həmrəy olduqlarını ifadə edir, onlara qarşı polis zorakılığını pisləyirdilər. Bakının mərkəzndəki aksiyanın qarşısını alan polis 100-ə yaxın adam saxlayıb, onlar məhkəmə cərimlərindən sonra buraxılıblar

26.01.2013

Loading
12:00:00 / -:--:--

Bakıda İsmayıllıdakı etirazlara dəstək aksiyası keçirildi


Posts order:
14:16
28 Yanvar 2013
Paylaş:
DAHA İKİ NƏFƏR CƏRİMƏLƏNDİ
 

Yanvarın 28-i şənbə mitinqində saxlanan iki nəfərlə bağlı Nəsimi rayon məhkəməsinin iclası keçirilib. Məhkəmə Müsavat Gənclər Təşkilatının üzvü Nərgiz Yaqublunun 500 manat, Nida Vətəndaş Hərəkatının üzvü Zaur  Qurbanlının 550 manat cərimələnməsi haqda qərar çıxarıb.
 
Nərgiz Yaqublu AzadlıqRadiosuna deyib ki, o bu cəriməni ödəməyəcək. Gənc fəal bununla bağlı apellyasiya şikayəti verəcəyini deyib.
 
Yanvarın 26-da Bakıda İsmayıllı hadisələrinə dəstək məqsədilə etiraz aksiyası keçirilib. Saxlananlardan 20 nəfərin cərimə edilməsi haqda qərar çıxarılıb. Cərimələrin ümumi məbləği 12 min manatı ötür.
00:14
27 Yanvar 2013
Paylaş:
26 yanvar aksiyasına görə cəzalananların siyahısı

HƏBS OLUNANLAR

‎Əbülfəz Qurbanlı - 13 sutka həbs
Türkel Azərtürk  - 13 sutka həbs
Emin Milli  - 15 sutka həbs

CƏRİMƏ EDİLƏNLƏR

Xətai Qafarlı - 300azn
Bəxtiyar Hacıyev - 600 azn
Turqut Qəmbər - 2500 azn 
Gözəl Bayramlı - 2000 azn 
Nihad Huseyn - 500 azn 
Tofiq Dadaşov - 450 azn 
Xədicə İsmayıl - 400 azn 
Emil Bağırov -  450 azn 
Ziya Bayramov - 600 azn 
Elçin Cərulahzadə - 600 azn 
Aygül Pəncəliyeva - 400 azn 
Elnur Cərçiyev - 600 azn 
Elşən Həsənov - 600 azn 

Məlumatlar gəldikcə siyahı yenilənir
23:06
26 Yanvar 2013
Paylaş:
Əbülfəz Qurbanlı - 13 gün həbs
‎Emil Bağırov - 400 azn cərimə
Turqut Qəmbər - 2500 azn cərimə
Aygül Pəncəliyeva - 400 azn cərimə
Ziya Bayramov - 600 azn cərimə
Elnur Cərçiyev - 600 azn cərimə
22:58
26 Yanvar 2013
Paylaş:
Ziya Bayramov 600, Elçin Cərullahzadə 600 manat cərimə olunub.

Türkel Aztürklə  AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlıya  13 sutka  həbs, Aygül Pənçəliyeva 400 manat cərimə olunub. 
22:54
26 Yanvar 2013
Paylaş:
İsmayıllı hadisələri ilə bağlı şahid qismində tanınan Vasif İbrahimov Bakıya Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə gətirilib və sonra da həbs edilib. Vəkili Nəvaid Abbasov yanvarın 26-da Bakıya gəlib onunla görüşmək istəsə də, görüş verilməyib.

Bu barədə AzadlıqRadiosuna vəkili özü məlumat verib.

«Şahidi niyə həbs edirlər mənə aydın deyil. Bir də mənə dedilər, gəl, Bakıya görüş veriləcək. Amma çox cəhd etdim görüş vermədilər. Dedilər işi aparan müstəntiqin başı qarışıqdır, vaxtı yoxdur. Mən 20 ildir vəkillik fəaliyyəti ilə məşğulam. Birinci dəfədir belə halla üzləşirəm. Niyə müdafiə etdiyim adamlar görüşə bilməyim ki? Burda nə var ki?».

İsmayıllı rayon İcra Hakimiyyətindən rayonda tam sakitlik olduğu bildirilir. Amma ayrı-ayrı sakinlərdən aldığımız məlumatlara görə, sakitlik olsa da, həbslər davam etməkdədir.
22:51
26 Yanvar 2013
Paylaş:
Nəsimi rayon Məhkəməsi bloqqer Emin Milli barəsində 15 sutka inzibati həbs qərarı verib. 

Jurnalist Şahvələd Çobanoğlu və daha bir neçə nəfər avtobusla Bakının Lökbatan qəsəbəsinə aparılıb və orda sərbəst buraxılıb.
22:41
26 Yanvar 2013
Paylaş:
Nəsimi rayon Məhkəməsindən buraxılanların bəziləri cərimə olunub. Bəzilərinə ilə bağlı proses isə təxirə salınıb. Onlara yanvarın 28-də məhkəməyə gəlmək tapşırılıb.
21:44
26 Yanvar 2013
Paylaş:
AXCP sədrinin müavini Gözəl Bayramlı aksiyanın təşkilatçısı kimi 2000 manat cərimə edilib. Şahid qismində ifadə verən polis əməkdaşı deyib ki, Gözəl Bayramlı hamını aksiyaya çağırırdı. Gözəl Bayramlı isə deyir ki, o, aksiyanın təşkilatçısı olmayıb və heç kimi də aksiyaya çağırmayıb, sadəcə iştirakçı olub, İsmayıllıda insanlara qarşı təzyiqlərə etiraz edib.
21:43
26 Yanvar 2013
Paylaş:
Səbail rayon Məhkəməsinin qərarı ilə araşdırmaçı-jurnalist Xədicə İsmayılova 400 manat cərimə olunaraq sərbəst buraxılıb.
21:28
26 Yanvar 2013
Paylaş:
Loading
12:00:00 / -:--:--
20:27
26 Yanvar 2013
Paylaş:
Jurnalist Xədicə İsmayılova da daxil olmaqla, Səbail rayon Polis İdarəsində saxlanılar Səbail məhkəməsinə, Nəsimi polisinin 21-ci bölməsində saxlananlardan Zaur Qurbanlı, Bəxtiyar Hacıyev, Nərgiz Yaqublu, Aygül Pəncəliyeva isə Nəsimi rayon Məhkəməsinə aparılır.
20:24
26 Yanvar 2013
Paylaş:
Hər bazar saat 20:35-də Medya TV kanalında AzadlıqRadiosunun verilişlərinə baxa bilərsiniz.

TürkSat 2A/3 420

Pol: Vertical
Freq: 11.804 Ghz
FEC: 5/6
SR: 24.444 MS/s
20:15
26 Yanvar 2013
Paylaş:
Bloqqer Emin Milli ilə gənc fəal Turqut Qəmbər Nəsimi rayon 22-ci polis bölməsindən çıxarılaraq aparılıb.

Bölmə qarşısında dayanan yaxınlarına onların hara aparıldığı barədə məlumat verməyiblər.

Hər iki şəxsi Nəsimi rayon məhkəməsinə aparıldığı ehtimal edilir.
19:33
26 Yanvar 2013
Paylaş:
Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsində 30 nəfərə yaxın aksiyaçının saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna saxlananların bölmə qarşısında dayanan yaxınları məlumat verib.
18:45
26 Yanvar 2013
Paylaş:
Səbail rayon Polis İdarəsində araşdırmaçı-jurnalist Xədicə İsmayılova da daxil olmaqla 20-yə yaxın adam saxlanır.

Polis bölməsindən sərbəst buraxılan bir qadın AzadlıqRadiosuna saxlananlardan AXCP üzvü Kəmalə Bənanyarlının qolundan xəsarət aldığını deyib.  Xədicə İsmayılovanın müdafiəsinə cəlb olunan vəkil Elçin Sadıqov polis idarəsinə buraxılmayıb.

İndiyə qədər əldə etdiyimiz məlumatlara görə, aksiya ilə bağlı 30 nəfər Xətai, 19 nəfər Nəsimi, 20 nəfərə yaxın da Səbail polisində saxlanır.
18:33
26 Yanvar 2013
Paylaş:
Nəsimi rayon Polis İdarəsinin 21-ci bölməsinə təcili tibbi yardım maşını gəldiyi bildirilir. Bu barədə gənc fəal Kənan Qasımlı öz profilində məlumat paylaşıb. Onun yazdığına görə, tibbi yardım gənc fəal Tural Həsənzadəyə görə çağırılıb. Onun səhhətində problemlər yarandığı bildirilir.

Bölmədən AzadlıqRadiosuna saxlananların olduğunu təsdiqləsələr də, əlavə məlumat verməkdən imtina ediblər.
18:21
26 Yanvar 2013
Paylaş:
«Yeni Müsavat» qəzeti 26 yanvar aksiyasında saxlananlardan 50 nəfərin adını dərc edib.
18:15
26 Yanvar 2013
Paylaş:
Nəsimi rayon Polis İdarəsinin 21-ci bölməsində 19 nəfər aksiyaçı saxlanır. Bu barədə bölmədə saxlanan fəallardan biri məlumat verib.
18:15
26 Yanvar 2013
Paylaş:
Loading
12:00:00 / -:--:--
17:40
26 Yanvar 2013
Paylaş:
Xətai rayon Polis İdarəsinin 37-ci bölməsindən AzadlıqRadiosuna aksiya zamanı saxlananlardan 30 nəfərin bu bölməyə gətirildiyini deyiblər:

«Onlardan 15 nəfər sorğu-sual ediləndən sonra sərbəst buraxılıb. Kimin ki, günahı yoxdur, onlar buraxılacaq. Qalanları yəqin ki, məhkəmələrə göndəriləcək».
17:26
26 Yanvar 2013
Paylaş:
Aksiyada 100-ə yaxın etirazçının saxlandığı bildirilir.

Onların Xətai, Nəsimi və Səbail rayon polis idarələrinin bölmələrində saxlandığı deyilir.

Hələ ki hüquq-mühafizə orqanlarından saxlananların sayı barədə məlumat almaq mümkün olmayıb.
16:56
26 Yanvar 2013
Paylaş:
Aksiyaçıların 43 nəfəri Xətai rayon Polis İdarəsinin bir-neçə bölməsində saxlanır. Jurnalist Xədicə İsmayılova əvvəlcə Xətai rayon Polis İdarəsinin 1 saylı bölməsinin müvəqqəti təcridxanasına aparılsa da, sonradan onu ordan çıxararaq polis maşınına mindiriblər. Özünün verdiyi məlumata görə, ona Səbail rayon Polis İdarəsinə aparıldığını deyiblər. Onun digər saxlananlardan ayrılmasının səbəbləri barədə məlumat verilmir.
16:54
26 Yanvar 2013
Paylaş:
Aksiyada saxlananların bir qismi Nəsimi rayon Polis İdarəsinin 21-22-ci və Xətai rayon Polis İdarəsinin 37-ci polis bölmələrinə aparıblar
16:30
26 Yanvar 2013
 
16:28
26 Yanvar 2013
Paylaş:
Hazırda «İşdən sonra» verilişində Bakıdakı bugünkü aksiya müzakirə olunur.

16:25
26 Yanvar 2013
 
16:25
26 Yanvar 2013
 
16:24
26 Yanvar 2013
 
16:18
26 Yanvar 2013
Paylaş:
Bulvarda davam edən aksiyada daha bir neçə saxlanan var. Onlar PPX maşınına mindirilərək ərazidən uzaqlaşdırılıb.
16:16
26 Yanvar 2013
Paylaş:
Aksiyada yeni saxlananlar var. Saxlananlardan daha bir qrupu avtobusa mindirilərək ərazidən uzaqlaşdırılıb. Hazırda polis hamını bulvardan uzaqlaşdırır. Saxlananların sayı barədə dəqiq məlumat yoxdur.
16:14
26 Yanvar 2013
16:07
26 Yanvar 2013
Paylaş:
Aksiya «Park Inn» otelinin qarşısında, «Park Bulvar» Mərkəzi ətrafında davam edir. Polis səsgücləndiricilərlə aksiyaçıları dağılışmağa çağırır.
16:02
26 Yanvar 2013
Paylaş:
Aksiya bulvarda davam edir.
15:58
26 Yanvar 2013
15:56
26 Yanvar 2013
15:49
26 Yanvar 2013
Paylaş:
Aksiyada araşdırmaçı jurnalist Xədicə İsmayıl da saxlanılıb. O, aksiyada jurnalist kimi yox, vətəndaş kimi iştirak etdiyini bildirir:

«Mən və daha bir neçə nəfər bizi «UAZ»la Xətai rayon 37-ci polis bölməsinə aparırlar. Polis bizə qarşı zorakı davrandı və hamımızı zorakılıqla maşına mindirdilər».
15:47
26 Yanvar 2013
15:37
26 Yanvar 2013
15:33
26 Yanvar 2013
Paylaş:
Polislər AXCP üzvü Kəmalə Bənənyarlı və AXCP sədrinin müavini Gözəl Bayramlını post-patrul maşınına mindirərək aparıblar.
15:32
26 Yanvar 2013
Paylaş:
Jurnalistlər Şahvələd Çobanoğlu,  NİDA-çılar Turgut Qəmbər, Nadir Alma, VHP-çi Nicat Kamal, AXCP-çi Əbülfəz Qurbanlı, fəallar Emil Milli, Emil Bağırov və Atabəy Ağalarbəyli, vəkil İntiqam Əliyev saxlanıblar... Həmçinin, NİDA-çılar Nazlı və Aygün Pənçəliyevalar, Cavid Əfəndi və daha 30 nəfərdən artıq aksiyaçı saxlanılıb...

Aksiya davam edir.
15:31
26 Yanvar 2013
 
15:30
26 Yanvar 2013
Paylaş:
Hüquq müdafiəçisi Məlahət Nəsibova da saxlandı. O polislərə izah etdi ki, aksiyanı müşahidə etmək üçün Naxçıvandan gəlib və o, aksiyada iştirak etmir. Amma buna polis əhəmiyyət vermədi və onu polis maşınına doğru apardılar.
15:28
26 Yanvar 2013
Paylaş:
Avtobusda saxlananlar ərazidən uzaqlaşdırılanda, onlar «Azadlıq» şüarları səsləndirməyə başladılar. «Sahil bağı»na toplaşan adamlar da onlara həmrəylik nümayiş etdirməyə başladılar.
15:26
26 Yanvar 2013
Paylaş:
Bloqqer Emil Milli polislə yaxınlaşıb onlardan aksiyaçılara qoşulmalarını istədi. Bu zaman onu polislər saxladı. Yaxınlıqdakı avtobusa apardılar. AzadlıqRadiosunun müxbiri həmin avtobusda 30 nəfərə yaxın aksiya iştirakçısının saxlandığını xəbər verir.
15:18
26 Yanvar 2013
Paylaş:
Polislər jurnalistləri də ərazidən uzaqlaşdırmağa başlayıblar.
15:17
26 Yanvar 2013
Paylaş:
Əli Əhmədov YAP qərargahından aksiyanı izləyir
15:16
26 Yanvar 2013
 
15:16
26 Yanvar 2013
Paylaş:
Bir nəfər jurnalistlər qarşısında çıxış edirdi. Onu polis saxladı. Həmin şəxs hakimiyyətə qarşı tənqidi münasibətdə olduğunu və ismayıllıları müdafiə etdiyini bildirirdi.

Saxlananlar arasında jurnalist Şahvələd Çobanoğlu da var.
15:13
26 Yanvar 2013
Paylaş:
Polis adamlardan «Sahil bağı»nın boşaldılmasını xahiş edir. Adamlar Axundov adına Mərkəzi Kitabxanaya doğru sıxışdırılır.
15:11
26 Yanvar 2013
Paylaş:
Bir gün əvvəl Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan aksiyanın qarşısının alınacağını bildirmişdi.
15:06
26 Yanvar 2013
Paylaş:
Aksiya başlayıb. Etirazçılar «İsmayıllı oyaqdır, Bakı ona dayaqdır», «İsmayıllı yatmayıb, qeyrətini satmayıb» şüarları səsləndirərək «Sahil bağı»nda yürüş edirlər. Polislər aksiyaçıları ərazidən sıxışdırırlar.
15:05
26 Yanvar 2013
Paylaş:
Polis adamları «Fəvvarələr Meydanı»na buraxmadığı üçün aksiyaçılar «Sahil bağı»na doğru hərəkət etməkdədirlər. Aksiyanın keçiriləcəyi yerlərdə bir-neçə iritutumlu avtobuslarda dəbilqəli polislər var...
14:57
26 Yanvar 2013
Paylaş:
Aksiyası başlamazdan əvvəl ərazi polis və mülkigeyimlilər tərəfindən nəzarətə götürülüb. Polislər «Fəvvarələr meydanı»na müxtəlif istiqamətlərdən girişləri bağlayıblar, meydana heç kim buraxılmır. Ərazidə su şırnağı vuran maşın dayanıb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (6)
    Növbəti 
Kimdən: BAKILI Haradan: BAKI
29.01.2013 06:37
men bilmek isterdim prezident and icme merasiminde qurani kerime el basir yoxsa klassiklerin kitabina ona meslehetim KURTLAR VADISININ KITABINA EL BASSIN bu meqsede uyqun olar

Kimdən: kosmosdan Haradan: kosmosdan
28.01.2013 10:31
Hörmətli moderator, 26.01.2013 tarixində təxminən 19:00-20:00 radələrində Azərsun Holdinq və Azərbaycanı idarə edən kürd mafiyası haqqında yazdığım və real faktlara istinad edən şərhimi niyə dərc eləmədiniz? Xahiş edirəm həmin şərhimi dərc edəsiz. Millətimizin oyanması və xalqın həqiqətlri görməyi üçün çox vacibdir.
Əgər Azərsun Holding haqqında araşdırma aparmaq fikrində olsanız, həmin məlumatları daha ətraflı sizə çatdıra bilərəm. Əlaqə üçün elektron adresinizi və ya telefonunuzu versəniz sizə minnətdar olaram.
Cavab

Kimdən: Moderator
28.01.2013 16:00
efir@AzadliqRadiosu.az e-mailinə yaz!

Kimdən: a Haradan: b
27.01.2013 14:22
men bir vetendash kimi dovletin milli maraqlarina zid olan her sheyin elehineyem. men son illere qeder dovlet bashcisini xarici siyasetin destekliyir ve tezlikle daxili siyasetinede yenilik vereceyine inanirdim. amma bu cynlerde bash veren hadiselerde dovlet bashcisini bu cyr milletine qarshi soyuq qanli olduqunu bilmirdim. maradlisi ondadiki ismailli ve quba hadiselerinde milletin sheref ve leyaqetine dil uzadan sherefsiz ve leyaqetsiz shexsler bir gyn bele hebs edilmedi. dytovlukle iqtitad bir nece neferi mydafie etmekden otry minlerle insani deleduzluqda ittiham etdiler.. tecyblydy goresen bu nazir balasinin mohterem prezidentin darshisinda ne boyuk xidmeti varki bu gyn onu ittiham etmek evezine milleti shille tepiy altina salib..

Kimdən: AHMAD Haradan: Finland
27.01.2013 11:16
Titreyib yer terpenende bilmimirem insanlarin
Shubheli imanlari terpendi ya termenmedi?

Hundur eyvandan baxib dovran menimdir! soyleyen
Memurun eyvanlari terpendi ya terpenmedi?

Kimdən: naqilbaz Haradan: naqillar aleminden
27.01.2013 07:10
bir gun iki ....dost toydan cixib mesenin kenari ile eve gedirler birden alkasin biri bunlara satasir bunu doyub yollarina davam edirler xeyli getdikden sonra meseden bir AYI cixib bunlara hucum cekir ikisi bir olub AYI nida doyurler sonra biri o birine deyir a qaqa o balacani yaman doyduk amma bu DUBLYONKA GEYINEN yaman dalasirdi haaa
SEBIRLI OLAQ ALLAH GORUR BIZ BIR AZDA CALISMALIYIQ YASASIN AZADLIQ menim serhim derc olunmasa sizden kusecem xahis edirem anti milli unsurlerin xetrine

Kimdən: Bakili Haradan: BAKI
27.01.2013 06:48
yadiniza gelirse Qenire Pasayeva bir qrup qadin deputatlarla turkiyeye sefere hazirlasmisdilar Recap Tayyip Erdoqan onlardan gelmeden once tercumeyi hallarini gondermeyini teleb etmisdi amma qenirenin xetrine deymisdi sebebi o idi ki qadin deputatlarimizdan hansisa turkiyede ki hansisa qruplasmaya maliyye desteyi gosterirmis baxin gorun ne cur olkede yasayiriq Sevinc Babayevanin oqlu deyir ki bizi G. Ehmedovanin adamlari qarsiladi onlar kurd idiler pis adamlar idi EMELLI BASDI MAFIOZLARIN ELINE KECMISIK ...ILHAM GENCLERI ETRAFINA YIQIB CALISMAQ EVEZINE KOHNE KOMINIST AGENTLERI ETRAFINA TOPLAYIB en enevi siyaseti davam etdirir ramizi gonder qarbacovun yanina xahis edirem dercimi cap edin

Kimdən: Müstəqillik budursa.... Haradan: İSMAYILLI
27.01.2013 06:11
Kim deyir tarix təkrar olmayır? Kimin 1990 ilin Bakı yanvarı yaddaşından silinib?
Yenədə "öz ordum" üzərimə gəldi.O vaxt inperiya nökərləri
komunistlər indi də komunist əqidəli diqtatorun yapçı nökərləri xalqa divan tuturlar.
Məqsəd nədir? Xalqı bezdirib ev-eşiyindən etmək.20-ci illərdə rejim zülmündən meşələrə getmiş babaların nəvələri indi bu rejimin əlindən birdə meşəyəmi kəçilsin?
YOX! BİZ MÜSTƏQİLLİYİMİZ UĞRUNDA QAN TÖKMƏDİK Kİ BİR DƏ MÜTİ BİR QUL OLAQ. BİZ VƏTƏNSEVƏR DJAVANŞİR NƏSLİNDƏNİK!

Kimdən: INGLAB Haradan: LAZIMI YERDEN
27.01.2013 05:21
Polisin jurnalislerin gozu gabaginda vetendashi doyduyune baxin. Siz gudurganligin derecesine fikir verin. Men bu gunlere geder Eliyevler hakimiyyetini destek etmishem. Artig anladim ki, yanilmisham. MUBARIZEYE GOSULURAM

Kimdən: Azad
27.01.2013 03:36
Aksiyada jurnalistlerin mubariz insanlarin yaninda olmagi yaxsidir. Amma mennen incimesinler jurnalistler. Sert o deyil ki sari ve goy godekce geyib ora bura gacmag.Polislerin sayi ile Sizleri mugayisse etsek belkede sayca coxsuz.Bir az pesakarlig borcunzdan giraga goyub vetandaslig movgeyindede cixis edesiz ? Her halda .Men demirem biz aksiya istirakcilarini mudafiye edesiz. Hec olmasa oz Jurnalist hemkarlarinizi Polis rejiminnen mudafiye ede bilerdiniz. Sari ve goy godekceni cixadib kenara goyub oz hemkarlarinizi , giz gelinlerin mudafiyesine galxmag olar. Mene ganunu izzah etmeyin .Siz jurnalistlerin Hepokrat andina benzer bir Andiniz var. Hec bir terefin movgeyini mudafiye etmemek ve s .Bu nagillari coxdan bilirik. Her bir Pese sahibi birinci novbede oz pesakarlig borcunu yeitirmelidir. Amma Insani keyfiyetinizide unutmamalisiz. Yeri gelende Polis ve ya rutbeli pasakar herbici pagonlarina tupurub xalg herakatina gisulub. Bu tarixi faktlar 10 iller boyu bas verib .
Sari ve göy gödekce geyinen jurnalislerin yadina salmag isteyirem ki bu gun 6 -ci gundur. Bir coxlarinizin temsil edildiyi Resmi saytlarda ve s demek olar ki bagli yada yariacigdir. Bir cox internet saytlari Bu gun ki aksiyadan yalniz basliglar verdiler

Kimdən: Inqilab
27.01.2013 03:21
Cinayetkar YAP dikdaturasinin POLIS ADI DASHIYAN QULDURLARI inanin mene siz bu emellere gore gec ve ya tez cavab vereceksiniz!
vicdaniniz olsun!
Bashda Xedice xanim olmaqla butun girov goturulen qardash , bacilarimize desdeklerimi bildirirem!
Ey qan icen rejimin bashinda oturanlar , unutmayin ki , bu qoca dunya sizin kimi o qeder dikdatorlari udub mehv eleyib!
EY YAP VE ONUN YALTAQ, NOKERLERI .... artiq siz tarixin zibilliklerine qovushmaq uzresiniz , vallah inanin mene!
Insanlari hebs etmekle heyatin axarini deyishe bilmezsiniz!....siz tarixin tirtillarinin altinda qalim ezileceksiniz!
Səhifə (6)
    Növbəti