Bakıda «Əsgər ölümünə son» aksiyası [Video]
Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə ölən Ceyhun Qubatovla bağlı yanvarın 12-də «Fəvvarələr» meydanında aksiya keçirilib
Rəsmilər ilkin olaraq Ceyhun Qubatovun ürək çatışmazlığından öldüyünü bildirsələr də, onun döyülərək öldürüldüyünü iddia edənlər də var. Bundan sonra «Facebook» sosial şəbəkəsində «Əsgər ölümünə SON» kampaniyasına start verilib.
AzadlıqRadiosunun müxbirləri hadisə yerindən xəbər verirlər.
12.01.2013
12 yanvar "Əsgər ölümünə son!" etiraz aksiyasının görüntüləri - əvvəldən sona kimi
Posts order:
Paylaş:
Aksiya zamanı 100-ə yaxın etirazçının saxlandığı bildirilir.
Daxili İşlər Nazirliyi aksiyada saxlananlar barədə hər hansı məlumat yaymayıb. Nazirlikdən bunu saxlananların olmaması ilə əlaqələndirirlər.
AXCP və Müsavatdan verilən məlumata görə isə, təkcə iki partiyanın 50 nəfər üzvü saxlanıb. (21 nəfər AXCP, 29 nəfər Müsavat)
Saxlananlardan 41 nəfərin Səbail və Xətai polisində olduğu dəqiqləşsə də, elə bir o qədər aksiyaçının harada saxlandığı bəlli deyil.
Bir qədər əvvəl Səbail Polis İdarəsindən buraxılan jurnalist Elmin Bədəlov AzadlıqRadiosuna deyib ki, idarəyə 30 nəfər gətirilib. Sonradan jurnalist olduğu üçün onlardan 4-ü buraxılıb.
Səbail Polis İdarəsinin qarşısında olan AXCP üzvlərindən aldığımız məlumata görə, saxlananların məhkəməyə aparılması ilə bağlı hazırlıqlar gedir. Əraziyə əlavə maşınlar gətirilib.
Paylaş:
Bakıda əsgər ölümünə etiraz olaraq keçirilən aksiyada bir neçə nəfər saxlanıb.
Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov məlumat verib.
S.Bağırov qeyd edib ki, bir qrup gənc paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib:
«Polis qanunsuz aksiya cəhdinin qarşısını alıb. Aksiyada bir neçə nəfər saxlanıb. Yəqin ki, onlar inzibati qaydada cəzalandırılacaqlar».
Paylaş:
«İşdən Sonra» verlişinin xüsusi buraxılışı canlı efirdədir. Burada canlı dinlə
Paylaş:
Polis «Fəvvarələr» meydanında dayanan adamların hamısı ərazidən uzaqlaşdırır. Bir neçə nəfərin bir yerdə dayanmasına imkan vermir.
Paylaş:
Polis «Fəvvarələr» meydanında dayanan adamların hamısı ərazidən uzaqlaşdırır. Bir neçə nəfərin bir yerdə dayanmasına imkan vermir.
Paylaş:
Aksiyaçılar kiçik qruplara parçalanaraq müxtəlif istiqamətlərdə hərəkət etməkdədirlər. Polis aksiyaçıları «Fəvvarələr»dən çıxarıb.
Paylaş:
Aksiya zamanı gənclərdən Turqut Qəmbər və Ülvi Həsənlinin saxlandığı barədə məlumatlar var.
Paylaş:
Aksiya «Əsgər ölümünə son!» şüarı ilə davam edir. Polis bir qrup aksiyaçını əhatəyə alıb. Onlardan aksiyanı dayandırmaq tələb edilir. Aksiyaçılar bulvar sarıdan «Fəvvarələr»ə doğru yürüş edirlər.
AzadliqTW-nin canlı yayımndan bir hissə
Paylaş:
Aksiya «Əsgər ölümünə son» şüarı ilə davam edir. Polis də səsgücləndirici ilə xəbərdarlıq edir. Deyir aksiya üçün xüsusi yerlər var. Əks halda, polis aksiyanın qarşısını almaq üçün tədbir görəcək. Aksiyaçılar isə qanunsuz bir iş görmədiklərini deyərək, «Ali baş komandan, cavab ver bizə» şüarını səsləndirirlər.
Paylaş:
Aksiyaçılar etiraz əlaməti olaraq yerə oturdular. Polis onlara ayağa qalxmağı tələb edir. Polislər işə keçdilər. Şüarlar yazılmış lövhələr aksiyaçıların əllərindən alınır.
Paylaş:
Polis aksiyaçıları «Fəvvarələr» meydanından çıxarmaqdadır.
Polis adamları Azərbaycan kinoteatrının yanından bulvara tərəf çıxışdırır. Polis kordonunun arxasınca da etirazçılar gəlməkdə davam edir.
Paylaş:
Ölən əsgərin yaxınlarından aksiyada iştirak edən yoxdur.
Ailə üzvlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, Daşkəsəndəki hərbi hissələrdən birində vəfat edən əsgərin evinin qarşısında polis postu qurulub. Sahə müvəkkili həmin ailənin evində oturub ki, onlardan heç kim aksiyaya getməsin.
Bundan başqa, Mənzil İstismar Sahəsindən də qonşulara xəbərdarlıq edilib ki, bu gün keçirilən aksiyada iştirak məsləhət deyil.
Paylaş:
Polis səsgücləndirici ilə aksiyaçıları dağılışmağa çağırır.
Paylaş:
«Əsgər ölməsin, ordu morqa dönməsin!». Aksiyaçılar əllərində ölən əsgərlərin şəkilləri bu şüarı səsləndirirlər. Beynəlxalq təşkilatların nümayəndələri də aksiya keçirilən ərazidədirlər.
Paylaş:
Aksiyaçılar «Əsgər ölümünə yox!» şüarı səsləndirilər.
Paylaş:
Aksiyalar əllərində Azərbaycan bayrağı meydanda yürüş edirlər. Hələ ki aksiyaya polis müdaxiləsi yoxdur.
Paylaş:
Aksiya başlayıb. «Şəhidlər ölməz, Vətən bölünməz!» şüarları səsləndirərək «Fəvvarələr» meydanından hərəkət edirlər.
Paylaş:
Aksiyada övladları herbi xidmətdə itirən valideynlər iştirak edir. Onlardan biri - Qazax rayonundan olan Nazilə Ağalarova deyir ki, orduya gedən əkiz oğullarından biri məzarda, biri də hospitaldadır.
Paylaş:
Aksiyadan səndə maraqlı foto və ya video varsa, bizə yolla
azadliq@rferl.org
Paylaş:
Aksiyanın başlamasına 1 saatdan çox vaxt qalsa da, «Fəvvarələr» meydanının ətrafında, «Mcdonalds»ın arxasında içərisi polislə dolu 10-a yaxın maşın dayanıb.
Paylaş:
250Plyus (250+) tezliklə AzadliqRadiosunda
Paylaş:
«Facebook»da keçirilən «Əsgər ölümünə SON» kampaniyasına indiyədək 16 mindən çox adam qoşulub.
Paylaş:
Bakı küçələrində divarlara əsgər ölümləri ilə bağlı şüarlar yazılıb.
Şüarların kimlər tərəfindən yazıldığı məlum deyil.
Elitar.info saytının xəbərinə görə, divarlara bu tipli şüarlar yazılıb:
«Əsgər ölümlərinə yox deyin!», «Səfər Əbiyev istefa versin!», «Əsgər ölümlərinə etiraz et!», «Əsgər ölümlərinə vətəndaş etirazını bildir!», «Əsgər Ceyhun Qubadovun döyülərək öldürülməsinə etiraz et!».
Əsgər Ceyhun Qubatovun ölümündən sonra sosial şəbəkələrdə əsgər ölümlərinə etiraz olaraq yanvarın 12-də Bakıda aksiyası keçiriləcəyi barədə məlumatlar yayılıb.
Bu forum dayandırılıb
Şərhləri sırala