Şənbə, May 25, 2013 Bakı vaxtı 03:29

Siyasət

İctimai Palata cərimələrin artırılmasına etiraz edir

Noyabrın 2-də İctimai Palata (İP) mitinq cərimələrinin artırılması layihəsinin əleyhinə Milli Məclis qarşısında piket keçirəcəyini bildirib. Paytaxt polisi də icazəsiz aksiyanın qarşısını alacağını bildirib.

YENİLƏNİB: 02.11.2012 14:33

2 noyabr piketi
2 noyabr piketi

Posts order:
15:30
02 Noyabr 2012
Paylaş:
AKSİYADA SAXLANANLARIN HAMISI SƏRBƏST BURAXILIB

İctimai Palatanın 2 noyabr piketi ilə bağlı Yasamal rayon polisinə aparılan 11 nəfərin hamısı xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib.

«Aksiya zamanı saxlanan 17 nəfərin hamısı Yasamal polisində idi. Onlardan 6 nəfəri AXCP, 5 nəfəri Müsavat partiyasının üzvləri idi. Onların hüquqlarının müdafiəsinə 2 vəkil qoşulmuşdu. Sadəcə polisdən dedilər ki, onlar buraxılacaq deyə vəkilə ehtiyac yoxdur».

Noyabrın 2-də İctimai Palata üzvləri Milli Məclisdə müzakirəyə çıxarılan «Sərbəst toplaşma azadlığı haqqında» qanunla, «İnzibati və Cinayət məcəllələrinə» təklif edilən dəyişikliyə etiraz ediblər.

Təklif edilən həmin əlavə və dəyişikliklərdə icra hakimiyyəti ilə razılaşdırılmamış aksiyaya görə cərimələrin dəfələrlə artırılması istənilir.
13:02
02 Noyabr 2012
 
12:54
02 Noyabr 2012
 
12:52
02 Noyabr 2012
 
12:50
02 Noyabr 2012
 
12:50
02 Noyabr 2012
 
12:38
02 Noyabr 2012
Paylaş:
AKSİYA İŞTİRAKÇILARI AVTOBUSLARA MİNDİRİLİR

Hazırda polislər və mülki geyimli şəxslər aksiyaçıları həmin ərazidən keçən sərnişin avtobuslarına zorla mindirərək yola salırlar.
12:37
02 Noyabr 2012
Paylaş:
AzadlıqRadiosunun İctimai Palatanın piketindən CANLI yayımı


12:33
02 Noyabr 2012
Paylaş:
 JURNALİSTLƏRİ DƏ ƏRAZİDƏN UZAQLAŞDIRMAĞA ÇALIŞIRLAR
 
Parlamentin qarşısında bir neçə aksiyaçı «İstefa», «Saxta parlament buraxılsın» şüarları səsləndirilib.
 
Bir neçə aksiya iştirakçısı mülki geyimli şəxslər tərəfindən zorla sərnişin avtobusuna mindirilib. Polislər və mülki geyimli şəxslər jurnalistləri də ərazidən uzaqlaşdırmağa çalışırlar.
12:07
02 Noyabr 2012
Paylaş:
10 nəfərə yaxın aksiyaçı saat 12 radələrində 20 saylı məktəbin qarşısından Milli Məclis istiqamətində getmək istəyib. Polislər imkan verməyib. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, 6-7 nəfər polis maşınına mindirilərək ərazidən naməlum istiqamətdə aparılıb.
12:03
02 Noyabr 2012
 
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Anar Haradan: Baki
02.11.2012 19:10
Yasasin Ictimai Palata esq olsun ona.

Kimdən: пол пот и иенг сари Haradan: кхмеристан
02.11.2012 14:17
бунлары горху буруйуб фыртына олса коран не едарлар. hейиф ки,азариларда етираз вирусу йохдур.
Cavab

Kimdən: Serkan
02.11.2012 15:17
Siz azerilerde hich bir shey yok. Okuyunuz turkiye tarihini, ogreniniz, ozgurluk nasil kazanilir. Siz bir aliyevi beceremiyorsunuz/
Ne mutlu turkum diyene !
Cavab

Kimdən: ceza Haradan: Salyan
02.11.2012 23:59
siz ozunuz guyaki,cox ferezan gundesiz.bura pisdise get turkiyede yawa,ne olursen burda?