Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:51

TÜRKMƏNÇAY - 187. Azərbaycanı bölən Rusiya-İran müharibələri xəritələrdə (İnfoqrafika)

Azərbaycan ərazilərinin iki böyük hissəyə bölünməsinin 187-ci ildönümü tamam olur. 1828-ci il fevralın 10-da Çar Rusiyası ilə İran hakimiyyəti arasında müharibə Türkmənçay Sülh müqaviləsinin bağlanması ilə başa çatdı. Və bununla da Azərbaycan əraziləri əsasən Araz çayı sərhəd olmaqla 2 hissəyə ayrıldı.

Bu müqaviləyə qədər də Rusiya-İran müharibələri, Çar Rusiyası tərəfindən Azərbaycan ərazilərinin necə tutulmasını əks etdirən xərtiələri təqdim edirik. Qeyd: Bunlar elmi əsaslarla, dəqiq ölçü sistemləri ilə hazırlanmış xəritələr deyillər. Sadəcə iki ölkə arasında müharibələr üzrə yekun razılaşmalardan sonrakı vəziyyətlərin təxmini mənzərəsini əks etdirmək üçün bir qrafikadır. Əsas kimi də akademik S.F. Platonovun 1924-cü ildə Praqada çap olunan "Rusiya tarixi dərsliyi" ("Учебник Русской истории") kitabında çap olunmuş xəritələrdən istifadə edilib.

 

1800-CÜ ILLƏRİN ƏVVƏLİNƏ OLAN VƏZİYYƏT - KÜRƏKÇAY MÜQAVİLƏSİ

Photo 1 Photo 2

1805-ci ildə Qarabağ xanlığının Çar Rusiyanın tabeliyinə daxil olmasınına qədər də Rusiya əsgərləri Qafqazda o zaman İranın hesab olunan ərazilərdə xeyli irəliləmişdilər. Rusiya ordusu xırda xanlıqlar halında fəaliyyət göstərən Azərbaycan inzibari ərazi vahidlərinin bir çoxuna, o cümlədən Gəncə, Car-Balakən xanlıqlarına sahib olmuşdu.

1805-ci il mayın 14-də isə Qarabağ xanı İbrahimxəlil xan Rusiya imperatoruna tabeçiliyini nəzərdə tutan Kürəkçay Müqaviləsini imzladı. Bunun ardınca Rusiya Azərbaycanın digər xanlıqlarının da işğalını sürətləndirdi. Bakı, Quba, Dərbənd kimi böyük xanlıqlar Rusiyanın əlinə keçdi.

 

GÜLÜSTAN MÜQAVİLƏSİ

Photo 1 Photo 2

İran hakimiyyəti o zaman Arazın şimlında ərazi itkiləri ilə razılaşmayıb bir neçə dəfə hərbi toqquşmalara girsə də, sonunda 1813-cü il oktyabrın 12-də Rusiya ilə razılaşma imzalamağa məcbur oldu. Qarabağda Gülüstan kəndində imzalanmış bu razılaşma ilə Naxçıvan və İrəvan xanlığı istisna olmaqla, (Lənkəran xanlığında da aydınlaşdırılmalı suallar qalmışdı deyə, bu ərazinin yekun statusu açıq qalırdı) Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın əlinə keçirdi.

 

TÜRKMƏNÇAY MÜQAVİLƏSİ

Photo 1 Photo 2

Amma Gülüstan məğlubiyyəti ilə barışmaq istəməyən İran hakimiyyəti 1813-cü ildə Arazın şimalında itirdiyi bəzi əraziləri yenidən əldə etməyə cəhd etdi. Nəticə İran hakimiyyəti üçün olduqca əzici oldu. 1826-1828-ci millərdə - 2 ilə Rusiya ordusu İran əsgərlərini qovaraq Arazın cənubuna doğru hərkətə etdi. Hətta Təbriz və Ərdəbili Rusiyanın əlinə keçdi.

İran hakimiyyəti yenidən danışıqlar masasında oturmağa razılaşdı. 1928-ci il fevralın 10-da Tehrana gedən yolun üzərində yerləşən Türkmənçay qəsəbəsində tərəflər arasında imzalanmış müqavilə ilə İran Naxçıvan və İrəvan xanlıqlarını, o cümlədən Gülüstan müqaviləsi ilə statusu hələ tam aydın olmayan Lənkəran xanlığını əldən verdi. İndiki Azərbaycan Respublikasının ərazisi tamamilə Rusiyanın ixtiyarına keçdi.

XS
SM
MD
LG