Çərşənbə axşamı, May 22, 2012 Bakı vaxtı 06:13

 

MATERİALLARIMIZDAN İSTİFADƏ

Mətn, audio- və video- materiallardan istifadə

AzadlıqRadiosu bu saytda dərc olunmuş yazıların istifadəsini, yenidən çapını və yayımını alqışlayır. Bununla belə, bizim materiallarla istənilən alver qəti qadağandır.

Saytımızdakı yazını verərkən onun linkini daxil etmək vacibdir. Hər yazı bu mətnlə müşayiət olunmalıdır:


Bütün hüquqlar qorunur (c). AzadlıqRadiosunun icazəsi ilə dərc olunur. 1201 Connecticut Ave., N.W. Washington DC 20036.


Bizim məqalədən qismən istifadə etdikdə, yazının bir hissəsinin də verildiyi qeyd olunmalıdır. Məqalənin mahiyyəti, adı və bütövlüyü təhrif olunmamalıdır. AzadlıqRadiosu materiallarından istifadə iznini istənilən vaxt geri götürmək hüququnu özündə saxlayır.  

Birbaşa internet-yayımı, AzadlıqRadiosu və onun 18 xidmətinin səs arxivi müstəsna olaraq onun dinləyicilərinin şəxsi istifadəsi üçündür. Verilişlərin yayımı, retranslyasiyası və başqa bu qəbil istifadəsi AzadlıqRadiosunun xüsusi yazılı icazəsi olmadan qadağandır.

Yazıların, fotoların, səs- və video- materialların istifadəsinə icazə üçün bu ünvana müraciət edin: web@rferl.org

Üçüncü şəxslərin mülkiyyəti olan materiallar

AzadlıqRadiosunun xəbərlərinin bir hissəsi «Associated Press», «Reuters», AFP, ITAR-TASS və s. xarici agentliklərin məhsuludur («üçüncü şəxslərin mülkiyyəti»dir). Bu cür materiallardan istifadə etmək üçün təkcə AzadlıqRadiosundan deyil, onlara hüququ olan üçüncü qurumdan da icazə almaq tələb olunur.

Başqa resurslara linklər

AzadlıqRadiosu öz saytında onunla əlaqəli olmayan şəxslərin və şirkətlərin internet-resurslarına linklər yerləşdirir. Bu zaman AzadlıqRadiosu ictimai əhəmiyyətli, qeyri-kommersiya və müstəqil resurslara üstünlük verir. AzadlıqRadiosu bu resurslara nəzarət və onların məzmununa təsir etmir. Onların məhsullarını, xidmətlərini və ya  arxasında duran təşkilatları dəstəkləmir. AzadlıqRadiosu bu saytların məzmununa, onların arxasında duran təşkilatlara görə cavabdeh deyil. Orada dərc olunan materialların həqiqiliyinə, bu saytlarda yerləşdirilən  reklam və başqa xidmətlərə görə məsuliyyət daşımır. AzadlıqRadiosu kənar resurslarda yerləşdirilən, onlar vasitəsilə yayılan material, məhsul və xidmətdən istifadə nəticəsində dəymiş ziyan üçün də cavabdeh deyil.

Sitat formatı

AzadlıqRadiosunun materiallarından elmi işlərdə istifadə edərkən, onlara istinad etməyiniz xahiş olunur. Nümunə:

APA:
Electronic Reference Formats Recommended by the American Psychological Association

Chicago & Turabian:
A Brief Citation Guide for Internet Sources in History and the Humanities (by Melvin E. Page)

General Resource:
Karla's Guide To Citation Guidelines