Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:45

"Xəzər Lənkəran” komandası dağıldı


"Olimpik" və "Xəzər-Lənkəran" komandaları arasında qarşılaşma, Bakı (Arxiv)
"Olimpik" və "Xəzər-Lənkəran" komandaları arasında qarşılaşma, Bakı (Arxiv)

►"Uşaq komandası oynamağa davam edəcək"

Bu il Azərbaycan Premyer Liqasını sonuncu yerdə bitirən “Xəzər Lənkəran” Futbol Klubu bəyanat verib.

Bəyanatın mətni klubun rəsmi saytında yayılıb.

Klub bildirir ki, fəxri prezident Mübariz Mənsimovun başçılığı ilə rəhbərliyin iclası keçirilib. İclasda klubun fəaliyyəti bütün istiqamətlərdə müzakirə edilib.

Yekunda qərara alınıb ki, “Xəzər Lənkəran” Futbol Klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırsın.

“Bununla belə, klub Azərbaycan futbol ailəsinin üzvü olaraq qalacaq və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək.

Növbəti mövsüm üçün “Xəzər Lənkəran” FK AFFA bayrağı altında keçirilən müəyyən aşağı yaş liqalarında iştiraka dair assosiasiyaya müraciət edəcək”-deyə bəyanatda qeyd edilir.

Bəyanatın sonunda da qeyd edilir ki, “Xəzər Lənkəran” FK öz adını və brendini qorumaq niyyətindədir. Bu işdə çoxsaylı azarkeşlərinin dəstəyinə arxalanır.

Ancaq bəyanatda bu addımın səbəbləri açıqlanmır. “Xəzər Lənkəran” sonuncu yeri tutduğundan aşağı liqaya düşəcəkdi.

“Xəzər Lənkəaran” klubu 2004-cü ildə yaradılsa da ilk mövsümdən iddiasını ortaya qoyub. Bir dəfə Azərbaycan Çempionu, 3 dəfə Azərbaycan Kubokunu, bir dəfə isə Birli Kubokunu qazanıb.

____________________________________________________________

Bunlara da bax:
Rusiya ABŞ-dan 9 dəfə geri qaldığını etiraf etdi
Qarabağı işğal edən generalın qayıtması narahatlıq yaradıb

____________________________________________________________

XS
SM
MD
LG