Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:42

Məhkəmə Xədicənin vəkilinə "yox" dedi


Fariz Namazli və Yalçın İmanov (sağda)
Fariz Namazli və Yalçın İmanov (sağda)

►"Xədicə İsmayılın vəkilləri 4 saylı cəzaçəkmə müəssisəsinə giriş və çıxış zamanı şəxsi axtarışa məruz qalır, sənədləri qanunsuz senzuradan keçirilir. Bu isə müdafiə hüququnun kobud şəkildə pozulmasıdır”

Mayın 24-də Bakı Apellyasiya Məhkəməsində vəkil Yalçın İmanovun 4 saylı cəzaçəkmə müəssisəsi rəhbərliyinin hərəkətlərindən verdiyi şikayətə baxılıb.

“MÜƏSSİSƏNİN ƏMƏKDAŞI ŞAHİD KİMİ DİNDİRİLSİN”

Vəkil həmin cəzaçəkmə müəssisəsində saxlanılan araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın yanına gedib-gələrkən şəxsi axtarışa məruz qalması, sənədlərinin senzuradan keçirilməsilə əlaqədar bir müddət əvvəl Xətai Rayon Məhkəməsinə müraciət etmişdi.

İddia ərizəsində müəssisə rəhbərliyinin bu hərəkətlərinin qanunsuz hesab edilməsi xahiş olunurdu. Lakin Xətai Rayon Məhkəməsi vəkilin iddiasını təmin etməyib. Yalçın İmanov həmin qərardan apellyasiya şikayəti vermişdi.

Apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxılıb və təmin olunmayıb.

____________________________________________________________

Bunlara da bax:
Məscid, kilsə, sinaqoq bir binada- [Video]
Sabiq rəisin məhkəməsi başlanır

____________________________________________________________

Məhkəmə iclasından sonra Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, özü və vəkili Fariz Namazlı proses zamanı üç vəsatət qaldırıb:

"Birinci instansiya məhkəməsində cəzaçəkmə müəssisəsinin nümayəndəsi bildirmişdi ki, mənim üzərimdə əməliyyat-axtarış həyata keçirilməsinə dair qərar var. Həmin qərarın surətinin məhkəmə tərəfindən alınmasını istədik. Digər iki vəsatət isə Xədicə İsmayılın və müəssisənin əməkdaşı, gizir Allahverdi Hüseynovun məhkəmədə şahid qismində dindirilməsi barədə idi. Heç biri təmin olunmadı".

“SƏNƏDLƏR QANUNSUZ SENZURADAN KEÇİRİLİR”

Yalçın İmanov deyir ki, məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin kifayət qədər əsasları var:

"Xədicə İsmayılın vəkilləri 4 saylı cəzaçəkmə müəssisəsinə giriş və çıxış zamanı şəxsi axtarışa məruz qalır, sənədləri qanunsuz senzuradan keçirilir. Bu isə müdafiə hüququnun kobud şəkildə pozulmasıdır. Vəkillik fəaliyyətinin səmərəliliyinə xələl gətirir. Konstitusiya dövlət adından səmərəli və keyfiyyətli vəkil xidmətinə təminat verir. Amma dövlətin bir orqanı bu xidmətin həyata keçirilməsinə maneə yaradır".

Vəkil əlavə edir ki, məhkəmə nəzarəti qaydasında şikayətlər üçün ölkədaxili sonuncu instansiya apellyasiya məhkəməsi hesab olunur. Ona görə də Bakı Apellyasiya Məhkəməsindən qərarı alandan sonra Avropa Məhkəməsinə müraciət edəcək:

"İnanıram ki, Avropa Konvensiyasının həm 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), həm də 34-cü (fərdi şikayətlər) maddələrinin pozuntusunun tanınmasına nail olacağıq".

XS
SM
MD
LG