Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:06

Həbsdəki hərbçi aclıq edir


Sonuncu məhkəmə prosesində prokuror ona 23 il həbs cəzası istəmişdi
Sonuncu məhkəmə prosesində prokuror ona 23 il həbs cəzası istəmişdi

-

Rusiyada həbsdə olan ukraynalı hərbçi Nadejda Savcenko quru aclıq edir. Onun əlil, hətta həyatını itirmə təhlükəsi var.

Ölkə ombudsman aparatının nümayəndələri ona baş çəkəcəklərini bildiriblər.

Bu barədə Savcenkonun bacısı Vera öz Facebook hesabında yazıb.

Bundan əvvəl onun vəkili Nikolay Polozov Tvitterdə yazmışdı ki, həftəsonunu əsas gətirib müdafiə etdiyi şəxsin yanına kimisə buraxmırlar. Vəkil onun səhhətindən narahat olduğunu bildirib.

Sonuncu məhkəmə prosesində prokuror Savcenkoya 23 illik həbs cəzası istəyib. O, Ukraynanın rusiyameylli qüvvələrinin əlində olan ərazilərdə iki jurnalistin ölümündə təqsirli bilinir.

XS
SM
MD
LG