Keçid linkləri

Təcili xəbərlər

Dünya Türkiyənin öndərliyini gözləyir...


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

►Türkiyə parlamentinin spikeri Ismail Kahraman bir iftar toplantısında deyib ki, "Bütün dünya Türkiyənin öndərliyini gözləyir.

Bizim özümüzün niyə bundan xəbərimiz yoxdur? Türkiyə böyük bir missiyanı daşıyr. O yalnız 776 min kvadrat kilometr deyil. Bu, Türkiyənin siyasi sərhədlərimiz daxilindəki sahəsidir.

Ancaq bizim həm də könül coğrafiyamız və könül sərhədlərimiz var. Bütün dünya bizim rəhbərliyimizi gözləyir."

RFERL-in regional direktoru, "Türkiyə dəftəri" bloqunun müəllifi Abbas Djavadi yazır ki, o əvvəlcə gözlərinə inanmayıb.

"Elə bildim ki, bu qədər ildən sonra təzədən Əhmədinejadı, ya da Chavezi ...oxuyuram," deyə o yazır.

Türkiyə - İsrail münasibətləri normallaşır

Türkiyə və İsrail münasibətlərini normallaşdırmaq barədə razılığa gəldiklərini elan ediblər. Müəyyən vaxtdan bəri danışıqlar gedir. Ötən bazar günü iki ölkənin razılığa gəldiyi bildirilir. İyulda Türkiyə prezidenti Recep Tayyip Erdogan və Israilin baş naziri Benjamin Netanyahu rəsmi saziş imzalayacaqlar. Bundan sonra iki ölkə bir-birinə öz səfirlərini göndərəcək. Bunun ardınca isə birgə hərbi təlimlər, ticarət münasibətləri, habelə birgə enerji və müdafiə layihələri bərpa ediləcək.

İsraillə Türkiyənin münasibətlərində gərginlik o zaman Türkiyənin baş naziri olan Erdogan və İsrailin prezidenti Shimon Peresin 2009-cu ildə Davos sammitində Qəzzadakı vəziyyəti müzakirə etməsi zamanı yaranmışdı. Türkiyə lideri Peres və İsraili "fələstinli uşaqları gözüyumulu öldürməkdə" ittiham etmişdi. Ancaq bu gərginliyin kulminasiyası 2010-cu ildə "Türkiyənin “Mavi Marmara” adlı yardım gəmisinin İsrailin hücumuna məruz qalması olmuşdu. Gəminin Qəzzadakı fələstinlilərə ərzaq və dərman gətirdiyi bildirilirdi.

Bundan sonra istər Erdogan, istərsə də digər türk liderləri özlərini Fələstinin dostu kimi göstərməkdə davam etdilər. Türkiyə müxalifətinin nümayəndələri və hətta İstanbulda çıxan yəhudi "Salom" qəzeti yazırdı ki, Erdoganın oğlu, öz gəmiləri olan biznesmen Ahmet Burak Aşdod limanı vasitəsilə İsraillə ticarəti davam etdirib.

Gündəlik "Hürriyet" qəzeti yazır ki, baş nazir Netanyahu ABŞ prezidenti Barack Obama vasitəsilə Erdogandan üzr istəyib. Bunun ardınca israillilər vurğuladılar ki, onlar insanların həyatlarını itirməsinə görə üzr istəyiblər, ancaq onlar bunun gəminin Qəzzaya yaxınlaşmasına imkan verməmək üçün reallaşdırılmış "özünümüdafiə" aktı olduğuna inanırlar.

İsrail tərəfi bundan başqa "Mavi Marmara" hadisəsində həyatını itirmiş insanların ailələrinə təzminat verməyə də boyun olub. İsrail Türkiyənin Qəzzaya qarşı tətbiq edilmiş genişmiqyaslı embarqoya son qoyulması barədə üçüncü tələbini qəbul etməyib, ancaq bununla yanaşı Türkiyənin Qəzza xalqına humanitar yardım göstərməsinə razılıq verib.

Müxalifət siyasətçiləri və jurnalistlər Erdoganın yeddi il əvvəl ortaya qoyduğu "qışqırıqçı tərzi" qınayaraq onun İsraillə münasibətləri niyə korladığını sual ediblər. Razılaşmanın əldə olunmasından bir qədər əvvəl Qəzzanı idarə edən Hamas liderləri Türkiyənin Qəzzanın blokadasına son qoyulması barədə tələbindən geri çəkilməsini qınayıblar. Onların sözlərinə görə, Erdogan onlara deyib ki, "o çox çalışıb, ancaq israillilər ...blokadanın aradan qaldırılmasını rədd ediblər. Buna görə də Erdogan Türkiyənin milli maraqları naminə razılaşmaya getməli olub." Bir həftə bundan əvvəl Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu, yenidən ərəblərə dəstək görüntüsü yaradan bəyanat verib: "Biz heç vaxt fələstinli qardaşlarımızı və Haması atmayacağıq." O həmçinin bildirib ki, "Qəzzanın blokadasının aradan qaldırılması şərti ilə bağlı heç bir güzəşt olmayacaq."

"Təbriklər! Qışqırıqçı şüarlara rəğmən nəhayət ki, dərrakə qalib gəldi," deyə müəllif Abbas Djavadi yazır.

____________________________________________________________

Bunlara da bax:
Üçəmlərin nənəsi: “Yenə də ümid vermirlər”
'Dollar manat qarşısında dəyər qazanmaqda davam edəcək'

____________________________________________________________

PKK komandiri: Biz yeni merləri hədəfə alacağıq

Mən bilirəm ki, PKK və onun qolları onların "terrorçu", yaxud separatçı adlandırılmasını xoşlamırlar. Onlar özlərini "azadlıq döyüşçüləri" hesab edirlər. Ancaq onların bu "mübarizəsi" ...özü də son vaxtlar daha tez-tez, təkcə polis qüvvələrini və əsgərləri yox, küçələrdə, ticarət mərkəzlərində və bazarda mülki şəxsləri də hədəfə alır.

Nə dərəcədə doğru olduğu bilinməsə də, ölkənin cənub-şərqində HDP-nin nəzarətində olan şəhərlərin merləri və şəhər şuralarının rəhbərlərinin mərkəzi hökumətin ayırdığı pulları PKK-ya ötürdüyü deyilir. İndi hökumət onları məhkəmə qarşısına çıxarmaq, ittiham sübut olunarsa həmin şəhərlərə "etibarlı şəxslər" təyin etmək fikrindədir.

Bu "etibarlı şəxs" təyin etmə praktikasından son vaxtlarda kifayət qədər tez-tez istifadə edilir. Bu üsuldan Fetullah Gulenə bağlı olduğu bilinən qəzet və şirkətlərə qarşı istifadə edilib.

Əlbəttə ki, parlamentə və şəhər şuralarına etibarlı azad seçkilərin olması əladır. Ancaq bəs bu şəhər şuraları terrorçu təşkilatla bağlı olan partiya tərəfindən idarə olunursa, onda nə etməli? Bu zaman hökumət, siyasi sistem kənara çəkilməli, heç bir şey etməməlidirmi?

Bu, demokratiya ilə təhlükəsizlik arasındakı qeyri-müəyyənliyin klassik nümunəsi deyilmi?

İndi də PKK-nın komandiri deyib ki, əgər siz PKK-ya sadiq olan şəhər şuralarına öz etibarlı adamlarınızı, "qəyyumlarınızı" qoyacaqsınızsa, onda PKK həmin qəyyumları və şəhər şuralarını hədəfə alacaq.

PKK hələ də iki şeyi danır: HDP-nin onun siyasi komuflyajı olduğunu və özünün terrorçu təşkilat olduğunu.

O zaman qoy Türkiyə İngiltərəyə daxil olsun!

Satiraçı və televiziya yazıçısı Gulse Birsel "Hurriyet" qəzetində yazıb:

“Əgər İngiltərə AB-ni istəmirsə, biz də ora daxil olmaq üçün özümüzü alçaltmamalıyıq. Onsuz da AB bizi istəmir. Biz daha heç o beş üzvü olan Şanxay zadında da populyar deyilik. Məncə, biz, iki tənha və gözəl ölkə, birlik yaratmalıyıq. Bizim bu birliyi asan eləmək üçün kifayət qədər ümumi cəhətlərimiz var.

Mən balaca olanda üç-beş ilə AB-yə girəcəyimiz deyilirdi. Mən körpə olanda İngiltərə AB-yə daxil olub, indi də ordan çıxır. Biz isə hələ də orada deyilik. Bu ədalətlidirmi?

Məncə, cavabı Brexitə rəhbərlik edən kişinin genetikasında axtarmaq lazımdır. Londonun keçmiş meri Boris Johnson... Osmanlı imperiyasının Daxili işlər naziri Ali Kemalın nəticəsidir. Ali Kemal Milli Mübarizə illərində Atatürkə qarşı yazıları ilə tanınıb. Bu onu göstərir ki, onlar ailə olaraq heç vaxt məntiqli qərar verə bilməyiblər..."

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun

Uşaqlar niyə intihar edir?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında- 27 iyun

Azərbaycan səhiyyəsi beynəlxalq reytinqlərdə
XS
SM
MD
LG