Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:42

"Azərbaycana "narıncı" lazımdır!"


Terror təhlükəsinə görə təyyarənin Los Ancelesdən Parisə uçuşu dayandırılır, 17 noyabr, 2015
Terror təhlükəsinə görə təyyarənin Los Ancelesdən Parisə uçuşu dayandırılır, 17 noyabr, 2015

►"Azərbaycan hökuməti böhran qruplarına möhtac deyil"

Belçika ötən həftənin sonu metrosunu bağladı, kafe və restoranları müştəri qəbul etmədi.

Səbəb terror təhlükəsi səviyyəsinin ən yuxarı həddə çatması idi. Bunu ölkənin Daxili İşlər Nazirliyinin Böhran qrupu müəyyən etmiş və əhalinin kütləvi yerlərdən uzaq durması ilə bağlı tövsiyələr vermişdi.

Azərbaycanda təhlükəsizlik sahəsində rəsmi və qeyr-rəsmi böhran qrupları varmı və fəaliyyəti ictimaiyyətə açıqdırmı?

Hüquq- mühafizə orqanlarından bu barədə məlumat almaq cəhdlərimiz baş tutmadı.

Buna da bax: "Balış altda" pulunuz varsa, bu yazını oxuyun

“Hökumət böhran qruplarına möhtac deyil”

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə AzadlıqRadiosuna deyir ki, əslində, müxtəlif sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də analitik qruplar olmalı və tövsiyələrini verməlidir:

Belçika polisi asayişi qoruyur, 21 noyabr
Belçika polisi asayişi qoruyur, 21 noyabr

“Azərbaycanda fikir, xüsusilə fərqli fikir qəbul olunmur, tənqidi fikrə qarşı isə ümumiyyətlə dözümsüzlük var,” deyən politoloq xatırladır ki, bir qrup ziyalını birləşdirən Qarabağ İctimai Şurası indiyədək hökumətə Qarabağ münaqişəsi ilə bağlı bir sıra tövsiyələr verib, amma qəbul etmək bir yana, heç müzakirəyə də çıxarmayıb: “Azərbaycan hökuməti böhran qruplarına möhtac deyil,” - o, sözlərinə əlavə edir.

Müsahibimiz deyir ki, Azərbaycanda təhlükəsizliklə bağlı bir neçə açıq və məxfi qurum mövcuddur və onlar da vəziyyətlə bağlı məlumatlar toplayıb təhlil edirlər:

“Bu qurumlar cəmiyyəti ciddi nəzarət altında saxlayırlar. Təsadüfi deyil ki, bütün müxalifətçilər, ictimai fəallar dinlənilir. Təbii, bu iş qanunsuz edilir, amma onunla əsaslandırırlar ki, Amerikada da adamları dinləyirlər. Azərbaycanda total nəzarət mexanizmi mövcuddur və ölkəyə kənardan dəyib-dolaşmaq üçün hər hansı bəhanə yoxdur. Ermənistanla münaqişə şəraiti olsa da, bu münaqişə oturuşub və sabit formaya keçib, ölkələr bir-birini terrorla təhdid etmir”.

Buna da bax: Lavrov Türkiyəyə getmədi

“Kampaniya olmamalıdır”

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

Milli təhlükəsizlik nazirinin keçmiş müavini, Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər, əksinə, düşünür ki, ölkəni terror təhdidləri bürüyür. Onun sözlərinə görə, gənc respublika olduğundan, Azərbaycanın terrorla mübarizə təcrübəsi azdır.

Fransa polisi Eyfel qülləsini qoruyur, 23 noyabr
Fransa polisi Eyfel qülləsini qoruyur, 23 noyabr

Sülhəddin Əkbər deyir ki, dünyada və regionda baş verən hadisələr, o cümlədən, azərbaycanlıların İŞİD və digər terrorçu qruplara qoşulması, bu hərbi qruplaşmanın qonşu dövlətləri terrorla hədələməsi onu göstərir ki, Azərbaycan bu hədələri önləmək üçün hazırlıqlı olmalıdır. “Yəni kəşfiyyat xidməti aktiv çalışmalı, təhlükəsizlik qurumlarını məlumatla təmin etməlidir”,- qeyd edir.

Sülhəddin Əkbər deyir ki, beynəlxalq əməkdaşlığa ciddi önəm verməklə yanaşı, MTN sistemində islahatlar aparılmalı, çevik işləyən qurum yaradılmalıdır:

“Görüləcək işlər çoxdur. Bu işlər görüləndən sonra Azərbaycanda terror təhdid səviyyəsi yüksəldilməlidir, ən azı narıncı səviyyəyə çatdırılmalıdır”. ("ən yüksək" olmasa da, "yüksək" səviyyəyə - red.)

Müsahibimiz izah edir ki, səviyyənin yüksəldilməsi təhlükəsizlik tədbirlərinin gücləndirilməsi deməkdir:

“Düzdür, Parisdəki terrordan sonra məlumat almışıq ki, Azərbaycanın strateji obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib, ancaq bu, hadisədən hadisəyə kampaniya xarakteri daşımamalıdır”.

Buna da bax: Müsəlmanlardan Britaniyada keçirilən sorğuya etiraz

“Vətəndaşları aktivləşdirmək lazımdır”

Keçmiş MTN əməkdaşı təhlükəsizlik məsələlərində əhalinin aktivləşməsinin vacibliyini vurğulayır. Onun fikrincə, “MTN ölkənin təhlükəsizliyinə tam nəzarət edir” deməklə vətəndaşların başı altına “rahatlıq balışı” qoyulması yanlışdır:

“İctimai əməkdaşlığa həm də əhali arasında güc strukturlarına etibarın zəif olması maneədir. Hər iki istiqamətdə ciddi işləmək lazımdır”, - Sülhəddin Əkbər bildirir.

“Qərb ölkələri ağılsız deyillər…”

Zahid Oruc
Zahid Oruc

Millət vəkili Zahid Oruc təhlükəsizlik sahəsində də beyin mərkəzlərinin işləməsini vacib sayır. Onun fikrincə, bu zaman təhlükəsizlik sahəsində vətəndaş fəallığı yarana bilər:

“Nə qədər nəzarət proqramları tərtib olunsa da, vətəndaş öz təhlükəsizliyinin qorunmasında bilavasitə iştirak etməklə ölkənin əmin-amanlığını güclü edə bilir. Qərb ölkələri ağılsız deyillər, onlar öz həyatlarını müxtəlif siyasi-sosial, elmi- tədqiqat institutları vasitəsilə öyrənir, təhlil edirlər və tövsiyələr verirlər”.

Zahid Oruc hesab edir ki, böhran vəziyyətlərini öyrənən qruplara, hər ölkədə olduğu kimi, Azərbaycanda da ehtiyac var. Onun fikrincə, böhran qruplarının fəaliyyəti güc strukturlarının işinə əlavə güc qata bilər.

XS
SM
MD
LG