Somalinin paytaxtı Moqadişuda bərpa olunan məscid uçub.
Hadisə nəticəsində azı 15 nəfər ölüb, 40-dan çox adam xəsarət alıb. Ölənlərin çoxu fəhlələr olub.
Hadisə vaxtı məsciddə çoxlu adam varmış.
Yerli media məscidin bərpasını həyata keçirən firmanın bir əməkdaşının saxlanıldığını bildirir.
Hələ də uçqunlar altında qalanlar var.