Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 14:14

Soçidə yarışdan qabaq bu «kokteyl»i içirmişlər


İdmanda dopinq
İdmanda dopinq

-

ABŞ-a qaçan Grigory Rodchenkov olimpiada iştirakçılarına viski və ya martinidə qadağan olunmuş preparatların qarışığını (metenolon, trenbolon və oksandrolon) verirmiş. Kremldə onun sözlərini «satqının böhtanı» adlandırıblar.

Moskva Antidopinq Mərkəzinin keçmiş rəhbəri G.Rodchenkov «The New York Times»a danışıb ki, 2014-cü il Soçi Olimpiadasında mükafat alan 15 rusiyalı idmançıya bu dopinqi şəxsən verib.

«The New York Times»ın əməkdaşları qeyd edirlər ki, ABŞ-a mühacir etmiş Rodchenkov-un dediklərinin doğru olub-olmadığını müstəqil şəkildə yoxlamaq imkanları yoxdur. Ancaq onların qeydinə görə, Rodchenkov müxbirlərə detalların əks olunduğu dopinq proqramını və guya İdman Nazirliyindən alınmış, idmançıların adı-soyadı yazılmış sənədi göstərib.

Rusiyanın İdman Nazirliyindən Rodchenkov-un dediklərini onun şəxsi-qərəzliyi ilə izah ediblər. Nazirlikdən bildirilib ki, o, işdən məhz idmançılarla (amma Soçi olimpiadasında yox) manipulyasiya etdiyi üçün çıxarılıb.

«SATQININ BÖHTANI»

«İncimiş adam çox şey danışa bilər», - Rusiyanın idman naziri Vitaly Mutko TASS-a bildirib. O, «The New York Times»ın məqaləsini absurd, ittihamları əsassız adlandırıb. Kremldə Rodchenkov-un sözlərini «satqının böhtanı» adlandırıblar. Putin-in mətbuat katibi Dmitry Peskov deyib ki, bu ittihamlar söz-söhbətdən başqa bir şey deyil: «Bu ittihamlar heç bir etibarlı mənbəyə söykənmir, hansısa arqumentlərlə əsaslandırılmayıb».

Soçi Olimpiadasında Rusiya medal sayına görə lider olub. Qazanılan 33 medalın 13-ü qızıl, 11-i gümüş, 9-u bürünc idi. İkinci yeri tutan Norveçin 11-i qızıl 26 medalı olub.

Grigory Rodchenkov
Grigory Rodchenkov

G.Rodchenkov-un sözlərinə görə, rus atletlərinə dopinq verilməsi əməliyyatı irimiqyaslı olub və 2013-cü ilin payızında planlaşdırılıb. İxtisasca kimyaçı olan Rodchenkov metenolon, trenbolon və oksandrolon preparatlarından şəxsən məhlul hazırlayıb. Kişilər üçün bu qarışıq viskiyə, qadınlar üçün martiniyə qarışdırılıb. Onun sözlərincə, spirtli içki məhlulun həzmini sürətləndirir.

Rodchenkov deyib ki, məhlul idmançıların yarışdan və məşqdən sonra özünü gümrah hiss etməsinə və bütün yarış boyu formada qalmasına kömək edir. O əlavə edir ki, 1 millilitr spirtli içkiyə təxminən 1 milliqram maddə gedir.

Onun təbirincə desək, «kokteyl» Rusiya yığmasının ulduzlarına verilib. Onların 14-ü dağ xizəyi komandasının üzvləridir (Alexander Legkov, Maxim Vylegzhanin və Ilia Chernousov 50 km məsafəyə xizək yarışında yerlərin hamısını qazanıblar və 4x10 km estafetində ikinci yeri tutublar).

İki qızıl medal qazanan bobsleist Alexander Zubov-a və başqa medalçı skeletonçu Alexander Tretyakov-a, o cümlədən, üçüncü yeri tutmuş xokkey üzrə qadın yığmasının üzvlərinə də steroid qarışdırılmış «kokteyl» verilib, - Rodchenkov deyib. O əlavə edib ki, 2012-ci il London Olimpiadasında da bəzi atletlər bu içkinin dadına baxıblar.

O, ANALİZLƏRİ SAXTALAŞDIRDIĞINI DEYİR

Rodchenkov deyib ki, dopinq proqramına salınan idmançıların adları ona Rusiya İdman Nazirliyindən yarışlara iki həftə qalmış göndərilib.

Preparatların qəbuluna Rusiya xüsusi xidmət orqanları nəzarət edib və Rodchenkov-un əsas vəzifəsi analizləri dəyişmək olub – bu, demək olar ki, 124-cü otaqda hər axşam baş verirmiş. Hər axşam siyahıda adı olan idmançıların analizi ona göndərilir, Rodchenkov isə bu analizləri əvvəldən hazırlanmış analizlərlə dəyişib onu rəsmi laboratoriyaya qaytarırmış.

Maria Sharapova
Maria Sharapova

RUSİYA DOPİNQ QALMAQALINDAN YAXA QURTARA BİLMİR

Rusiya idmançılarının dopinq qəbul etməsi ilə bağlı qalmaqal 2015-ci ilin noyabrında qalxdı. Dünya Antidopinq Agentliyi (DADA) Rusiya yüngül atletlərinin bütün yarışlardan kənarlaşdırılması ilə bağlı rəy verdi, Rodchenkov isə dopinq analizlərini saxtalaşdırmaqda ittiham edildi. Bundan sonra o, istefa verib ABŞ-a mühacirət etdi.

Mühacirətini Rodchenkov onunla əsaslandırır ki, iki həmkarının 2016-cı ilin fevralında müəmmalı şəkildə ölməsi onun təhlükəsizliyini də sual altında qoyub. Həmkarları dopinq qalmaqalından sonra həyatlarını itiriblər.

Noyabrdan sonra rusiyalı idmançıların dopinq qəbul etməsi ilə bağlı məlumatlar artmağa başlayıb. Hətta məşhur tennisçi Maria Sharapova da bu ittihamlardan yan qaça bilməyib.

DADA Moskva Antidopinq Mərkəzinin lisenziyasını beynəlxalq standartlara uyğun gəlməyən laboratoriya və texniki sənədlərin uyğunsuzluğu səbəbilə ləğv edib.

Ancaq Rusiya Baş Prokurorluğu bəyan edib ki, onlar Rusiya laboratoriyası barədə iş qaldırmaq üçün DADA-nın hesabatında hər hansı hüquqi əsas tapmayıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG