Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:54

Trump zirehli jilet geyinməyə başlayıb


Donald Trump
Donald Trump

►"Rahatlığı pozulub"

"New York Magazine" jurnalı son nömrəsində yazır ki, ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə ən şanslı namizədi Donald Trump seçki yürüşlərində ona qarşı hədələrdən sonra güllə keçirməyən jilet geyinməyə başlayıb.

Bunu onun seçki kampaniyasına yaxın mənbə bildirib.

"Trumpı tanıyanlar deyirlər ki, heç vaxt onu bu qədər yorğun görməyiblər. Bir neçə ay əvvəl o güllə keçirməyən jilet geyinməyə başlayıb... ki, bu da onu yoraraq rahatlığını pozub," deyə müəllif yazır.

Zirehli jilet barədə söhbətlər Trumpın seçki yürüşləri zamanı qəzəbli etirazlar və zorakılıq hallarından sonra ortaya çıxıb.

Keçən ay Çikaqoda Trumpın tərəfdarları ilə etirazçılar arasında dava düşüb, nəticədə kampaniya tədbiri ləğv edilib.

Bundan bir neçə gün sonra isə Ohayo ştatının Deyton şəhərindəki yürüş zamanı bir etirazçı podiuma qalxmağa cəhd edib.

___________________________________________________________

Bunlara da bax:
Azərbaycanla Ermənistan atəşkəsə razılaşdı
Keçmiş hərbçi İsa Sadıxov ordunun sonacan gedəcəyinə inanmır

___________________________________________________________

Trump müsəlman qaçqınların ABŞ-a buraxılmaması, Meksika ilə sərhədin hasarlanması, oradan ucuz işçi qüvvəsinin ölkəyə daxil olmasının önlənməsi kimi qalmaqallı təkliflərlə çıxış edib.

Keçən il məşhur meksikalı narkobaron El Chaponun Trumpın başına 100 milyon dollar pul qoyduğu barədə xəbər yayılıb.

Trumpın seçki kampaniyasına yaxın şəxslər onun ən azı fevraldan bəri güllə küçirməyən jilet geyindiyini deyiblər.

İndi onu Viskonsin ştatında ağır praymeriz gözləyir. Rəy sorğularının nəticələrinə görə bu ştatda o, rəqibi Ted Cruzdan geri qalır.

XS
SM
MD
LG