Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:39

Gələcək ata: “Vətəndaşlıqdan imtina edəcəm”


Saiq İbayev
Saiq İbayev

►“Məşğulluq idarəsinə getdim, həm burda, həm rayonda. Bakıda Sabunçu rayonunda mənə dedilər ki, “20 manat ver, telefon nömrəni qoy, iş olanda sənə xəbər edərik””

“FƏHLƏ BAZARINDA DA İŞ YOXDUR”

Saiq İbayev 45 yaşındadır. Bu gün- sabah ata olacaq.

Bu yaşda övlad sahibi olmağın sevincini, həyəcanını da sonacan yaşaya bilmir. Buna səbəb gələcək atanın nə evinin, nə də işinin olmasıdır. İndi Keşlə bazarının arxasında kirayə qaldığı birotaqlı evdə övladının dünyaya gəlişini gözləyir.

Otaq deyəndə bir çarpayı, bir televizoru var, bir də kiçik mətbəxi. Artıq iki aydır kirayə haqqını da ödəyə bilmir. “Ev sahibi insaflı adamdır, vəziyyətimizi başa düşür deyə səsini çıxarmır”, – deyir Saiq İbayev. Amma ev sahibinin insafına sığınmaqla məsələ bitmir axı.

Saiq İbayev: Getdim prokurorluğa, dedim mənə iş tapmaqda kömək edin...
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00
Direct-ə keçid

Yolda olan körpənin geyəcəyini, yeyəcəyini, beşiyini indidən almalı, xəstəxana tədarükü görməlidir. Buna görə də hamiləliyin son günlərini yaşayan həyat yoldaşını hər səhər qonşulara tapşırıb iş axtarmağa fəhlə bazarına yollanır:

– İş yoxdur. Gedirəm fəhlə bazarına. Səhərdən axşama kimi gözləyib qayıdıb gəlirəm. Hansı bazara getmirəm ki? “Xalqlar dostluğu” metrosunun yaxınlığındakına, Çermet körpüsünün altına, Xaqani “zapravkası”nın yanına, İkinci mikrorayonun dairəsinə... Hamısına gedirəm... Yoldaşım hamilədir. Vəziyyəti ağırdır. Qan təzyiqi yüksəkdir. İmkanım yoxdur həkimə göstərməyə. Həkim də qorxur ona görə.

“MƏŞĞULLUQ İDARƏSİNDƏ 20 MANAT İSTƏDİLƏR”

Saiq İbayev iki ildir Bakıdadır. Daha əvvəl Cəlilabadda yaşayıb, sonra bir müddət Rusiyanın Sverdlovsk şəhərindəişləyib. Orda həmkəndlisi ilə ailə qurduqdan sonra Azərbaycana qayıdıb. Cəlilabadda iş tapmadığından Bakıya üz tutub. Burda işdən ötrü ən ağlagəlməz ünvanlara gedib.

– İş üçün hər yerə getmişəm. Prokurorluğa belə getdim. Dedilər ki, “biz kimik sənə iş verək, get iş yerlərinə, axtar tap”. Sonra Milli Məclisə getdim. Deputatımız məni qovdu. Məşğulluq idarəsinə getdim, həm burda, həm rayonda. Bakıda Sabunçu rayonunda mənə dedilər ki, “20 manat ver, telefon nömrəni qoy, iş olanda sənə xəbər edərik”.“Mənim sizə verməyə 20 manatım yoxdur” bildirib çıxdım.

“AZƏRBAYCAN YAŞANASI YER DEYİL”

Saiq İbayevin bircə istəyi var: iş tapmaq. “Ya mənə iş versinlər, ya da... Azərbaycan vətəndaşlığından imtina edəcəm”, - söyləyir. “Ailəmlə bir yerdə çıxıb başqa yerə gedəcəm. Azərbaycan yaşamalı yer deyil”.

____________________________________________________________

Bunlara da bax:
«Dollar 1 manat 80 qəpiyə qədər bahalaşacaq»
Abid Şrifov: 'Onlar guya tarixi abidədir'

____________________________________________________________

NAZİRLİK: “ONLAR DÖVLƏTİN MƏŞĞULLUQ İDARƏLƏRİ DEYİL”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev Saiq İbayevdən dövlət qurumunda 20 manat rüşvət istənməsi haqda iddianı rədd edir:

“Onlar dövlətin məşğulluq idarələri deyil. Özəl işədüzəltmə mərkəzləridir, camaatı aldadırlar. Onun dövlətin qurumuna, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə heç bir dəxli yoxdur. Əgər dövlətin məşğulluq idarəsidirsə, konkret ad desin. Hansı rayondur? Kim istəyib? Ad demirsə, deməli, yalan deyir. O gün bir nəfər də şikayət etmişdi ki, 20 manat istəyiblər, araşdırdıq, məlum oldu ki, özəl işədüzəltmə mərkəzidir. Amma iddia edirsə ki, dövlət qurumunun işçisisidir, ad-familiya versin araşdıraq, problem yoxdur”.

Bununla belə, Saiq İbayevin durumunu öyrənən Elman Babayev nazirliyə müraciət edəcəyi halda ona vakant iş yerləri təklif edəcəklərini, nə mümkündürsə edəcəklərini bildirir.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 23 iyun

Azərbaycan özünü keyfiyyətli, hamı üçün əlçatan qiymətə ərzaqla niyə təmin edə bilmir? Son beynəlxalq hesabatda Azərbaycan
Günün əsas hadisələri Azadlıq Radiosunda - 23 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 23 iyun

Keçmiş bankirin xanımı növbəti qalmalqalda

XS
SM
MD
LG