Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:15

Rusiyada "casus" almaları belə məhv edirlər (VİDEO)


Rusiyada sahibkarın 35 min manatlıq alması belə məhv edilir
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Rusiyada sahibkarın 35 min manatlıq alması belə məhv edilir

usiyanın Sverdlovsk vilayətində qanunsuz idxal edilmiş növbəti 20 ton almanı məhv ediblər. Parıltısı ilə göz qamaşdıran bu almaların günahı odur ki, onlar prezident Putinin Qərbin sanksiyalarına cavab olaraq tətbiq etdiyi qadağaları dəlib keçərək Rusiya bazarına daxil olublar. Bununla da daha 1.5 milyon rubl zibilliyə atılıb.

Traktorların tırtılı altında əzilmək növbəsini gözləyən alma yeşiklərinin yanında dilxor dayanmış sahibkar İlqar Muradov deyir: “Çox heyif, yaxşı alma idi, çox yaxşı. Bilmirəm, bizim günahımız nədir. Belarus qeydiyyat nişanı ilə gətirmişdilər, biz də aldıq. İstəyirdik ki, mağazalara paylayaq, tutdular”.

Milyon yarımlıq kənd təsərrüfatı məhsulunun məhv edilməsinin zəruriliyini Rosselxoznadzor-un baş müfəttişi Oksana Rımar belə izah edir: “Almalar təzə olsa da, onlar Rusiya Federasiyası ərazisinə qanunsuz gətirilib. Prezidentin fərmanına əsasən, məhv edilməlidirlər”.

“Casus” almalar neçə məhv edilir

İlk baxışdan qüsursuz görünən bu almalar, sən demə, əslində casus imişlər. Sənəd üzərində onlar guya Makedoniyadan idxal olunublar. Bryansk və Smolenskdə yeşiklərə yığılıb, Urala göndəriliblər. Əslində isə onlar prezidentin fərmanını pozaraq, Polşadan, yəni Rusiyaya kənd təsərrüfatı məhsulu ixracına qadağa qoyulmuş bir ölkədən gətiriliblər. Bunu Rosselxoznadzor-un müfəttişləri ticarət məntəqələrinin cari yoxlanışı zamanı aşkarlayıblar.

Müfəttişlər almaların məxfi agent olduğunu onların sortundan və yeşiklərindən anlayıblar. “Görürsünüzmü, bu karton yeşiklərin üzərində təkrar qablaşdırma və təkrar nişanlanma izləri var. Baxın burda etiket olub”, -- deyə baş müfəttiş almaları ifşa edir.

Hadisə yerinin müayinəsindən sonra sərhəd pozucusu olan almaları yük maşınlarına doldurub, Verx-Neyvinckidəki bərk tullantılat poliqonuna aparıblar. Burada traktorların tırtılı altına salıb, onları yaxşıca əziblər.

Ancaq Sverdlovsk vilayətinin müfəttişləri bu 20 tonluq məhvetmə ilə öyünə bilməzlər. Çünki sanksiya məhsullarının məhvi sahəsində lider olan Smolenskdən çox geridə qalırlar.

Smolensk müfəttişləri təkcə aprel ayında ümumilikdə 189 ton təşkil edən 12 ərzaq partiyasını məhv ediblər. Bununla neçə milyon rublun zibilliyə atıldığını təsəvvür etmək belə çətindir.

Aclıq olsun, kef olsun!

Rusiyada son 8 ildə ilk dəfə əhalinin aylıq xərcinin yarıdan çoxu ərzaqa gedib. Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının ekspertləri bu qənaətə gəliblər. İnsanlar ailə büdcələrindən ərzaqa daha çox vəsait ayıqmaq məcburiyyətində qalırlar. Çünki ərzaq məhsullarının qiyməti qalxır, əhalinin real gəlirləri isə azalır.

Sosial Təhlil və Proqnozlaşdırma İnstitutu, “Levada-tsentr”, “İctimai Rəy” Fondu və Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi kimi sosial tədqiqat qurumlarının apardıqları rəy sorğularının nəticələrinə görə, Rusiya əhalisinin:

77 faizi böhrandan əziyyət çəkir;

56 faizi SSRİ-nin dağılmasından təəssüflənir;

76 faizi sanksiya tətbi olunmuş ərzaq məhsullarının qiymətinin qalxdığını deyir;

12 faizi işini itirib;

ancaq yenə də 83 faizi özünü xöşbəxt hiss edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG