Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:41

Rusiya dövlət telekanalının muzdlu yalançıları


Viktoria Schmidt kimdir?
Viktoria Schmidt kimdir?

Rusiyanın dövlət telekanalları Almaniyada miqrant böhranının nəzarətdən çıxdığını göstərmək üçün rusdilli müsahiblərə pul ödəyirlər

AzadlıqRadiosunun müxbiri Tom Balmforth yazır ki, Rusiyanın dövlət telekanalları, məsələn Almaniyada miqrant böhranının nəzarətdən çıxdığını göstərmək üçün rusdilli müsahiblərə pul ödəyirlər.

“Viktoria Schmidt-ə inansaq, Almaniyada qorxuya düşmüş qadınlar miqrantlardan çəkinərək başlarını örtürlər” – yazır müxbir.

“Qızcığaz miqrantların yaşadığı binada pəncərələri təmizləyirdi, - deyir titrək səsilə Rusiya dövlət televizyasına müsahibə verən qadın, - Lakin elə bu zaman dəhşət baş verdi. Onlar qızı təkcə öldürməklə kifayətlənmədilər. Miqrantlar qızı öldürməzdən əvvəl onu həm də zorlamışdılar”.

Viktorianın deyir ki, Hannover sakini olan alman əri arvadını, əgər onun cibində xardal qazı fışqırdan balon varsa evdən buraxır. Viktoria bildirir ki, belə getsə, miqrantlarla dolu təhlükəli Almaniyanı tərk edib doğma vətəni Rusiyaya qaçacaq.

Bütün bunlar bu yaxınlarda Moskvanın Zvezda telekanalının “Avropa: Dözümülülük paradoksu” adlı 26 dəqiqəlik süjetinə daxil edilmişdi.

Bəs görəsən kimdir bu Viktoria Schmidt? Ona inanmaq nə dərəcədə düzgündür?

Moskvada mənzillənmiş “The İnsider” təhqiqat internet saytının baş redaktoru Roman Dobroxotov “yox” deyir.

Yanvarın 26-da dərc etdiyi məqalədə bu internet saytı Natalya adlı bir qadını, özünü Viktoria Schmidt kimi qələmə verməkdə və Rusiyanın dövlət telekanalına saxtakarlıqda yardımçı olmaqda ittiham edib.

500 avroluq “həqiqət”

“The Insider” saytı ittihamlarının həqiqiliyini göstərmək üçün Hannoverdə iki rus – Natalya və teleoperator Oleq Çerkasovu “söhbət tələsi”nə sala bilib.İnternet saytının yazdığına görə özünü Rusiya dövlət telekanalının işçisi kimi qələmə verən şəxs Natalyadan Moskvada yazılmış mətndən oxuduqlarını kamera qarşısında söyləyə bilib-bilməyəcəyini soruşub.

Natalya razılaşıb və deyib ki, almanca yaxşı danışır, çünki əri almandır. Hərçənd qadın bu “xidməti”nin müqabilində 500 avro istəyib

Natalya razılaşıb və deyib ki, almanca yaxşı danışır, çünki əri almandır. Hərçənd qadın bu “xidməti”nin müqabilində 500 avro istəyib. Operator Çerkasov 200 avro ilə “kifayətlənib”.

Dobroxotov AzadlıqRadiosuna bunu da deyib ki, həmin bu Natalya Zvezdanın 14 yanvar tarixli başqa bir reportajına da çəkilib.

“Mən əminəm ki, əgər yaxşı axtarsaydıq, hər bir alman şəhərində bu cür adamlar tapa bilərdik” – deyib Dobroxotov.

Lakin reportajda Schmidt-in haqqında danışdığı qətl və zorlamanın harada və nə vaxt baş verdiyi də bəlli olmur.

Dobroxotov 100-də 99 faiz inanır ki, bu xəbər tamamilə uydurmadır.

“Siyasi təbliğat”

“The Insider”in iddialarından bir gün əvvəl, yanvarın 27-də Almaniya xarici işlər naziri Frank-Walter Steinmeier Rusiya mediasını və rəsmilərini “siyasi təbliğatda” və Almaniyada miqrantlarla bağlı onsuz da mürəkkəb debatları daha da qızışdırmaqda ittiham etmişdi.

Steinmeier-in bu xəbərdarlığı Rusiyanın dövlət telekanalının, guya yanvarın ortalarında Berlində 13 yaşlı rus qızının oğurlanması və miqrantlar tərəfindən zorlanmasını iddia edən reportajından sonra səslənmişdi.

Rusiya dövlət kanalı rus qızın itməsi barədə elan da vermişdi
Rusiya dövlət kanalı rus qızın itməsi barədə elan da vermişdi

Rusiya kanalı iddia edirdi ki, yerli polis bu faktı gizlətməyə çalışır. Bu reportajın ardınca Almaniyadakı kiçik rus icması küçə etirazlarına çıxmışdı. İş o yerə çatmışdı ki, hətta Rusiyanın xarici işlər naziri Sergei Lavrov Almaniyanı “həqiqət və ədalətə” çağırmış, Almaniyanın “bəzi narahat daxili reallıqları gizlətməyə çalışmayacağına ümid etdiyini” bildirmişdi.

Berlin prokurorluğunun, qızın sual-cavab zamanı bütün bu əhvalatı uydurduğunu etiraf etdiyi barədə məlumatından sonra etirazlar dayansa da, Almaniyanın imicinə vurulan zərbə artıq öz işini görmüşdü.

“The Insider” saytı Hannoverdəki rus etirazçılarından bəziləri ilə söhbət edib. Onlardan biri deyib ki, etiraz aksiyasına qatılması üçün ona 6 Facebook mesajı göndərilib. Bu mesajlarda deyilirdi ki, sözü gedən zorlama, etiraza qatılmayanların vicdanına yazılacaq”.

Dobroxotov deyir ki, Rusiya televiziyası tamaşaçıları Suriyadakı hərbi kampaniya barədə xəbərlərlə cana yığandan sonra mövzu qıtlığı keçirib və beləcə, Almaniyanı, fərqli mövzuda hədəfləməyi qərara alıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG